Çinli texnologiya nəhəngi Baidu heyvan səsləri və reaksiyalarını analiz edərək emosiyalarını insan dilinə çevirən süni intellekt sistemi hazırlayıb. Patent müraciəti 2024-cü ilin dekabrında təqdim edilib.
Heyvanların emosiyaları süni intellektlə anlaşılır
Bu sistem sayəsində məsələn, pişiyin miyavlaması və ya itin hürməsi sadəcə bir səs olmaqdan çıxır, yəni heyvanların qorxu, sevinc və ya narahatlıq kimi emosiyaları müəyyən edilə bilər. Nəticədə, ev heyvanları sahibləri heyvanlarının hisslərini daha yaxşı başa düşə biləcəklər.
Heyvan sahiblərinin böyük marağı
Bu təməlqoyma texnologiyası, xüsusilə, Çin mediasında böyük maraqla qarşılanıb. Heyvan sahibləri arasında geniş yayılan sistem sosial media və xəbər platformalarında geniş yer tapıb. Bir çox insan bu süni intellekt tətbiqinin ev heyvanları ilə daha güclü əlaqə qurmaq üçün böyük bir fürsət olduğunu bildirib.
Bununla belə, bəzi istifadəçilər sistemin etibarlılığı və gündəlik istifadəyə uyğunluğu barədə narahatdırlar. Ən böyük suallardan biri, müxtəlif heyvan növlərinin reaksiyalarının nə dərəcədə dəqiq təhlil oluna biləcəyi və sistemin ümumi dəqiqliyidir.
Süni intellekt heyvanlarla ünsiyyətə necə kömək edəcək?
Bu inkişaf heyvanlar və insanlar arasında ünsiyyəti növbəti səviyyəyə qaldırmağı hədəfləyir. Xüsusilə, baytarlar, ev heyvanları sahibləri və heyvan davranışçıları üçün böyük potensiala malikdir. Heyvanların sağlamlıq problemləri və ya stress əlamətləri daha erkən aşkar edilə bilər. Əlavə olaraq, bu sistem ev heyvanları sahibləri ilə emosional bağları gücləndirmək üçün mühüm bir körpü rolunu oynaya bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
