16 may 1943-cü il, saat 21:28
19 xüsusi dəyişdirilən Lancaster bombardmançı təyyarəsindən birincisi havaya qalxıb. Məqsəd Nasist Almaniyasının hərbi sənaye ürəyi olan Rur bölgəsindəki Möhne, Eder və Sorpe bəndlərini məhv etmək olub.

Bu bəndlər ətrafdakı silah istehsal edən fabriklərə su və hidroelektrik enerji təmin edib. Onların dağıdılması Almaniya hərbi istehsalına və mənəviyyatına ağır zərbə vurub. Əvvəllər bu ideya qeyri-mümkün sayılıb, çünki mövcud təyyarələr belə möhkəm bəndləri dağıtmaq üçün kifayət qədər güclü bomba daşıya bilməyib. Lakin 1943-cü ilin mayında havaya qalxan təyyarələr yeni bir silahla silahlanib. “Upkeep” (Baxım) kod adlı bu xüsusi bomba mühəndis Dr. Barnes Vallis tərəfindən hazırlanıb. O, bəndlərin təməlində partlayan daha kiçik bombaların da dağıdıcı ola biləcəyini hesablayıb. Barrel formalı bomba suyun səthində daş kimi sıçrayaraq bəndə çata bilib və dərinlikdə partlayaraq zərər verə bilib. Bu bomba sualtı torpedo şəbəkələrini də keçə bilib. Lakin bombaların dəqiq işləməsi üçün təyyarə 60 fut (18 m) yüksəklikdə və 232 mil/saat (373 km/saat) sürətlə uçmalı olub. Lankaster təyyarələrinin bomba bölməsi uyğun gəlmədiyindən, təyyarələr modifikasiya edilib və bəzi zirehləri çıxarılıb ki, daha yüngül olsunlar.
617-ci Eskadrilya 3 dalğa şəklində uçub. Bakli ilk dalğada, 24 yaşlı qanad komandiri Qay Gibsonun rəhbərliyi ilə yola düşüb. O, Deyv Şanonun idarə etdiyi bombardmançının arxa atıcısı olub. Sürətlə uçaraq, radar və zenit silahlarından yayınmalı, yüksək gərginlikli elektrik xətlərindən və digər maneələrdən keçməli idilər. Ən azı üç təyyarə yoldan çıxıb vurulub, ikisi elektrik xətlərinə çırpılaraq düşüb.
Baklinin təyyarəsi Möhne Bəndinə çatanlardan biri olub. Gibson ilk bomba atışını edib, digər təyyarələr isə dairəvi uçub. Bu bəndin ətrafı təpələrlə əhatə olunub və təyyarələr zenit atəşinə məruz qalıb. Təyyarələrinin yüksəkliyi 60 futda dəqiq olmalı idi. Bunun üçün təyyarənin burnunda və quyruğunda yerləşdirilən işıqlar istifadə olunub.
Gibson Bakli və daha iki təyyarəni Eder bəndinə yönəldib. Bu bənddə zenit silahları olmayıb, amma uçuş çətin olub. Təyyarələr dik yamacdan düşməli və sonra dərədən çıxmaq üçün sürətlə qalxmalı olub. Beş cəhddən sonra uğurlu zərbə endirilib və bənd yarılıb. Naytın təyyarəsi də vurub və nəticədə milyonlarla ton su axıb.
Sorpe Bəndinə yalnız iki təyyarə çata bilib. Bu bənd torpaqla örtülü olduğu üçün bombalar tam effekt verməyib, yalnız qismən zədələnib.
Yarılma nəticəsində 330 milyon ton su 50 mil (80 km) boyunca yayılıb. 12 hərbi zavod və iki elektrik stansiyası dağılıb, mədənlər su altında qalıb, kənd təsərrüfatı sahələri zərər görüb. Təxminən 1,200 – 1,600 nəfər həlak olub, onların çoxu mülki şəxslər olub. 749 nəfər əsir qadın, əsasən, Polşa, Rusiya və Ukraynadan olan məcburi işçilər Eder bəndinin altında yerləşən düşərgədə boğularaq ölüb. 19 təyyarədən 8-i məhv edilib. 133 havaçıdan 53-ü ölüb, 3 nəfər isə əsir götürülüb.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
