Bu gün:

Sağlıqlı qidalanma insanları bir çox xəstəliklərdən qoruya bilir


Sağlam həyat haqqında məlumat verən dr. Emin Dinççağ yay fəslinin insan sağlamlığı üçün ən vacib dövrlərdən biri olduğunu qeyd edib. Təzə tərəvəz və meyvələrin bolluğu, günəş işığından istifadə etməyimizin artması, günlərin uzanması ilə bağlı işdən daha çox vaxt ayrılması, açıq havada daha çox vaxt keçirməmiz nəticəsində sağlam həyat üçün digər fəsillərə nisbətən daha çox önə çıxır.

İnsan sağlamlığı üçün lazım olan bütün vitaminlərin təzə tərəvəz və meyvələrdə olduğunu bildirən Emin Dinççağ:

"Məlumdur ki, insan sağlamlığı üçün lazım olan bütün vitaminlər, minerallar, antioksidanlar və ən əhəmiyyətlilərindən biri  bədənimizin ehtiyac duyduğu vitamin mənbələri təzə tərəvəz və meyvələrdə olur. Unudulmamalıdır ki, təzə tərəvəz və meyvələrdən istifadə insanların immun sistemini qoruyan, xəstələnmələrinin qarşısını almaqda ən mühüm amillərdən biridir. Zəngin tərkibləri ilə immunitet sistemimizi gücləndirən təzə tərəvəz və meyvələr həm də bağırsaq sağlamlığımız üçün lazım olan ən vacib lif mənbəyidir. Xüsusilə, bağırsaq xərçənginin qarşısını almaq üçün hər bir yetkin gündə ən azı 35 q lif qəbul etməlidir. Tərkibində lif olan qida məhsulları arasında taxıllarla məhsullarla yanaşı, tərəvəz və meyvələr də mühüm lif qaynaqlarıdır", - deyə əlavə edib.

Yay aylarında qidalanma və günəş işığının əhəmiyyəti haqqında məsələyə toxunan Dr. Dinççağ vurğulayıb ki, ultrabənövşəyi şüalar bədənimiz üçün D vitamini mənbəyidir. Bədənimizdə əmələ gələn D vitamininin aktivləşməsi və orqanizmə faydalı olması üçün günəş işığı lazımdır. Yay mövsümündə, xüsusilə, günəş şüalarının insan sağlamlığına daha az zərər verdiyi günorta saatlarında D vitamini almağımız lazımdır. Bu proses üçün gündə 15 dəqiqə kifayətdir:

"Osteoporozlu və D vitamini az olanların bu mövzuya diqqət yetirməsi sağlamlıq baxımından çox faydalıdır. D vitamini insan orqanizmində hormon kimi fəaliyyət göstərən və insanın immun sistemini gücləndirən mühüm vitamindir. Həmçinin, sümük sağlamlığına çox əhəmiyyətli faydaları da var. Hamının bildiyi kimi, sağlam qidalanma xəstəliklərdən qorumaqla yanaşı,  insan ömrünü də uzadır. Gündəlik həyata idman və nizamlı yuxu əlavə etməklə, daha sağlam və uzun ömürlü bir həyat əldə etmək mümkündür. Gündə ən az beş dəfə meyvə-tərəvəz qəbul etmək faydalıdır.  Meyvə qəbul edərkən qarışıq meyvəni seçmək daha doğru olar. Günəş işığı yayda ən vacib pulsuz antidepresan dərmandır. Biz bundan da yararlanmalıyıq”, - deyə faydalı məlumatlarını insanlarla bölüşüb.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et