Bu gün:

"Overthinking" nədir?


Həddindən artıq düşünmək, zehnin daima “Nə olarsa?” və ya “bu niyə baş verdi?” sualları üzərində ilişib qalmasıdır. Keçmişin peşmanlıqları ilə gələcəyin qeyri-müəyyənlikləri arasında irəli-geri getməkdir.Bu hal iki əsas formada müşahidə olunur:  Keçmişə nəzər salaraq: “Niyə belə dedim?”, “Kaş ki, başqa cür davranaydım”. Təkrarlanan fikirlər insanın içində təəssüf hissi oyadır.

Gələcəyə nəzarət etməyə çalışaraq: “Əgər işlər pis getsə?”, “Bunu etsəm nə olacaq?”. İnsan bu kimi ssenarilərlə özünü yorur.

İlk baxışda bu suallar “təfərrüatlar” və ya “planlama” kimi görünə bilər. Ancaq həqiqət budur. Həddindən artıq düşünmək hərəkəti gecikdirir, narahatlığı artırır və sizi öz düşüncələrinizdə tələyə salır.

Zehnin “Təkrar” düyməsinə ilişib qalması: Eyni mövzuya təkrar-təkrar qayıdırsınız. Hadisəni yenidən yaşayırsınız, şərh edir və fərqli şəkildə təkrar qurursunuz.

Daimi “təhlil etmək” ehtiyacı: Heç vaxt “Yaxşı, davam edəcəyəm” deyə bilmirsiniz. Zehniniz daima yeni ssenarilər yaradır və susmaq bilmir.

 Qərar iflici: “Səhv qərar verərəmsə nə olar?” qorxusu o qədər böyüyür ki, heç bir addım ata bilmirsiniz və qərarsızlıq xroniki hal alır.

  Gecələr yata bilməmək: Gecənin sükutunda düşüncələriniz daha da yüksəlir. Yuxuya gedə bilmirsiniz, çünki hələ də o “mövzu” beyninizdədir.

  Fiziki gərginlik: Mədədə sıxılma, çiyinlərin gərginləşməsi, çənənin sıxılması, düşüncələr bədənlə danışır və bu çox vaxt yorğunluğa gətirib çıxarır.

Həddindən artıq düşünmənin səbəbləri

 Nəzarət ehtiyacı: Biz qeyri-müəyyənliyə dözə bilmirik. Hər şeyin cavabını bilmək və hər ehtimalı hesablamaq istəyirik, ancaq həyat yoxlama siyahıları ilə işləmir.

  Mükəmməllik: “Bəs kifayət qədər yaxşı deyilsə?” düşüncəsi zehni bloklayır. Ən yaxşı qərarı axtararkən, heç bir qərar verə bilmirik.

 Anksiyete pozğunluğu: Zehnimiz təhdid hissi ilə işləyir. Daim ən pis ssenariləri düşünmək özünüqoruma instinktimizin bir hissəsidir. Lakin bu “qoruma” rejimi zamanla təhlükəyə çevrilə bilər.

  Keçmiş travmalar: Bir zamanlar bizi incidən hadisənin təkrarlanmasının qarşısını almaq üçün ağıl “hipervigilant” qalır. Bu isə ən kiçik hadisələrin belə həddindən artıq təhlilinə və şərh olunmasına səbəb olur.

 Düşüncə asılılığı: Bəzi insanlar üçün düşünmək bir növ qaçış, nəzarət hissi və hətta rahatlama formasıdır. Amma bu vərdiş zamanla zehni labirintə çevirə bilər.



Mənbə: Oggusto

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et