Bu gün:

ABŞ və Çin tarifləri azaldır


Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası bir-birlərinə qarşı tətbiq etdikləri idxal tariflərini azaldır. Tariflərin azalması ilə ticarət dünyasındakı mübarəzinin şiddəti də əhəmiyyətli dərəcədə azalıb.

ABŞ Maliyyə naziri Skott Bessentin sözlərinə görə hər iki ölkə növbəti 90 gün ərzində gömrük vergilərini 115% azaldacaq. Tariflə bağlı yeni qərar hər iki ölkənin İsveçrədəki danışıqlarından sonra ictimaiyyətə açıqlanıb.

 Bu, Amerika prezidenti Donald Trampın keçən ay Çindən idxal edilən mallara yüksək gömrük vergiləri gətirməyindən bu yana iki ölkə arasında olan ilk görüş idi. Qeyd edək ki, iki ölkə arasında tarif üzrə yaranmış gərginliyin səbəbi ötən ay Donald Trampın Qurtuluş Günündə etdiyi çıxış olub.

Yeni razılığa əsasən, ABŞ və Çin arasında 90 gün ərzində yalnız Azadlıq Günündəki tariflərdə 10% istisna olmaqla digər qarşılıqlı tariflər ləğv edilib. Bu, Çin idxalında ABŞ tariflərinin 30, ABŞ idxalında isə Çin tariflərinin 10% azaldılması deməkdir. Yeni tarif 14 may tarixində qüvvəyə minəcək. 

Çin Ticarət Nazirliyi bildirir ki, ABŞ ilə edilən razılaşma fərqlilikləri aradan qaldırmaq və əməkdaşlığı dərinləşdirmək üçün mühüm addımdır. 

Saziş xəbəri fond bazarlarından da təsirsiz ötüşməyib. Honq Konqun Hang Seng İndexi günü 3% artımla başa çatdırıb. 

Bu razılaşma gəmiçilik şirkətlərinin də səhm qiymətlərini artırıb — Danimarkanın Maersk şirkətinin səhm qiymətləri 12%-dən çox, Almaniyanın Hapag-Lloyd şirkətinin səhm qiymətləri isə 14% yüksəlib.

Birgə bəyanatda hər iki ölkə bildirib ki, iqtisadi və ticarət əlaqələrinə dair danışıqları davam etdirmək üçün bir mexanizm yaradılacaq. Bu mexanizmə Skott Bessent və Çinin baş nazir müavini He Lifeng rəhbərlik edəcək.


Mənbə: BBC                                                                             Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et