Kerem Aktürkoğlu "Benfika"da karyerasını yüksəltməyə davam edir. Milli futbolçumuz Portuqaliya yığması ilə ümumilikdə 26 xala töhfə verib.
Kerem Aktürkoğlu qollu töhfəsi ilə fərqlənməyə davam edir. Milli futbolçumuz bu həftə topa imza ataraq komandasını çempionluq yarışının son həftəsinə daşıyıb.
Lider "Sportinq Lissabon"la eyni xalda olan "Benfika" 33-cü həftədə rəqibi ilə 1:1 hesablı heç-heçə edib.
26 yaşlı futbolçu artıq bu mövsüm komandasının heyətində 16 qol və 10 məhsuldar ötürmə ilə ümumilikdə 26 qola töhfə verməklə karyera rekordunu artırıb.
Mövsümün əvvəlində komandaya qoşulan Kerem Aktürkoğlu baş məşqçi Bruno Lagenin vazkeçilməz futbolçularından birinə çevrilib.
Aktürkoğlu 2022-2023 və 2023-2024 mövsümlərində "Qalatasaray"ın heyətində bütün yarışlarda 23 qola töhfə verib. Uğurlu futbolçu mövsümün son hissəsində rekordunu yüksəltmək və çempionluq sevincini yaşamaq məqsədi daşıyır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
