Bu gün:

Orta əsrlər qadın dəbi


Orta əsrlər yalnızca müharibələr və saray daxili intriqalarla məhdudlaşmayıb. Qadınların gündəlik həyatı da həmin dövrün siyasi və ictimai hadisələri qədər maraqlı və diqqətçəkici idi. Onların geyim tərzi təkcə estetik baxımdan deyil, həm də praktik və simvolik mənalar daşıyıb. Doğuş zamanı istifadə edilən qoruyucu qurşaqlardan tutmuş gizli ciblərə qədər uzanan bu detallar dövrün cəmiyyət quruluşunu və qadınların qarşılaşdığı çətinlikləri incəliklə əks etdirir.

Yelpik tutmaq – təkcə sərinləmə vasitəsi deyil, həm də mesaj daşıyıcısı idi.

Yelpənəklər yalnız isti havalarda sərinləmək üçün istifadə olunmurdu. Onlar, eyni zamanda, ünsiyyət vasitəsi kimi də xidmət edib. Yelpazənin tutulma forması, açılıb-bağlanması və ya yavaşca yellənməsi kimi jestlər sıx mühitlərdə şəxsi mesajların ötürülməsi üçün işlədilib. Məsələn, yelpazəni ürək səviyyəsində tutmaq maraq və sevgi ifadə edirdisə, onu yavaşca yelləmək evli olunduğuna işarə sayılıb.

Viktoriya dövründə qadın mayoları necə idi?

Keçmişdə qadın mayoları yun və ya flanel kimi qalın parçalardan tikilib, uzunqollu və bütün bədəni örtəcək formada hazırlanıb. Bu geyimlər adətən corab, ayaqqabı və baş örtüyü ilə tamamlanırdı. O dövrün mənəvi dəyərlərinə görə qol və ayaq biləklərinin belə görünməsi qəbuledilməz hesab olunduğundan bu cür mayolar həm üzgüçülük, həm də məhrəmiyyət baxımından ideal sayılırdı.

Geyimlərdəki “gizli” ciblər

Müasir əl çantalarından əvvəl qadınlar gündəlik ehtiyac duyduqları əşyaları paltarlarının alt hissəsində yerləşdirilən gizli ciblərdə daşıyıblar. Belə ciblər adətən qurşaqla beldən bağlanıb üst ətəyin altına açılan gizli yarıqlardan əldə edilə biləcək şəkildə tikilib. Pul kisələri, kiçik tikiş dəstləri və ya şəxsi məktublar kimi əşyalar bu ciblər vasitəsilə təhlükəsiz şəkildə saxlanılıb.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et