Bu gün:

"Eurovision" qalibiyyət strategiyası


Keçən il Avroviziya Mahnı Müsabiqəsini təxminən 163 milyon insan izləyib, bu o deməkdir ki, mükəmməl iştirakçının necə olmalı olduğuna dair 163 milyon fərqli fikir mövcuddur.

Boston Berklee Musiqi Kollecindən musiqişünas Joe Bennett yüzlərlə Avroviziya finalçısını təhlil edərək iki əsas musiqi üslubu müəyyən edib. Bunlardan biri “Euro-banger”dir. Bu üslub yüksək tempdə (120+ BPM) ritmik baraban vuruşları və sintezatorla zənginləşdirilən mahnılardır, məsələn, İsveçin qalib mahnıları olan Euphoria və Heroes. Digəri isə yavaş templi balladalardır, adətən, təxminən 70 BPM-lik mahnılardır, məsələn Portuqaliyanın Amar Pelos Dois və Niderlandın Arcade əsərləri. 

2016-cı ildəki müsabiqədə ifa olunan “Love, Love, Peace, Peace” kimi mahnılar Avroviziya mahnılarının sevgi və sülh haqqında olması fikrini bir klişəyə çevirir. Conchita Wurst-un “Rise Like a Phoenix” mahnısı göstərir ki, özünə inamı aşılayan mahnılar Avroviziyada çox uğurlu ola bilər. Bennett-ə görə, bu fikirdə müəyyən qədər həqiqət var, çünki hər Avroviziya mahnısı altı ümumi mövzuya bölünür: “sevgi, birlik, özünü təsdiq, əyləncə, tarix və musiqi haqqında mahnılar”. O əlavə edir ki, “özünü təsdiq edən və gücləndirici məzmuna sahib mahnılar çox uğurlu olur”, məsələn, Avstriyanın 2014-cü il qalib mahnısı "Rise Like a Phoenix" kimi. 

İştirakçılar səhnəni şou ilə doldurmağa meylli ola bilərlər, amma ekspertlərə görə bu, qələbə üçün çox da yaxşı yol deyil. Danimarkanın 2013-cü il qalibi "Only Teardropsun" söz müəllifi Thomas Stengaard uğurunun bir səbəbini də onun sadə səhnə quruluşuna bağlayır. 

“Böyük büdcəli səhnə zəif performansla birləşəndə daha pis görünür” ,– Grant deyir. Onun sevimli qalibi 2014-cü il təmsilçisi Conchita Wurst olub. O, 1970-ci ildən bu yana səhnədə nə ifaçı, nə də rəqqasla çıxış edən ilk qalibdir. 

Avroviziyada minor tonallı mahnılar üstünlük təşkil edir. Bennett “major = xoşbəxt, minor = kədərli” fikrinin səhv olduğunu deyir və əlavə edir ki, minor tonallıq daha çox “emosional dərinlik” hissini çatdırmaq üçün istifadə olunur. 2023-cü ildə finalçıların 85%-i minor tonallıqda mahnılar ifa edib. Son 20 ildə yalnız iki major tonallı mahnı qalib gəlib – 2011-ci ildə Running Scared (Azərbaycan) və 2017-ci ildə Amar Pelos Dois. 

Margulis deyir ki, təkrar melodiyalar yadda qalır, amma çox təkrarlanan mahnılardan çəkinmək lazımdır. Mahnını unudulmaz edən amil onun “sürpriz bükülmə” ilə dinləyicini təəccübləndirməsidir. 1981-ci il qalibi "Making Your Mind Up" bunun klassik nümunəsidir. Həm musiqidə ton dəyişir, həm də səhnədə kostyum sürprizi olur: qadın ifaçıların ətəkləri çıxarılır və altından qısa ətəklər görünür – vizual və musiqi bükülməsi bir yerdə. 

Keçid dəyişmələri uzun illər Avroviziya mahnılarında yenilik gətirmək üçün istifadə olunub. 2000-ci illərdə bu üsul bir çox qalib mahnılarda yer alıb, məsələn, Fly on the Wings of Love (Norveç, 2000) və Molitva (Serbiya, 2007). Amma Bennett-ə görə, bu üsul hələ də bəzi finalçılarda istifadə olunsa da, Molitvadan bəri heç bir final keçidi ilə bitən mahnı qalib olmayıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et