Bu gün:

UFC 315-in nəticələri


Mayın 11-nə keçən gecə Kanadanın Monreal şəhərində UFC 315 turniri baş tutub. UFC 315 nömrəli turnirin əsas qarşılaşmasında Dana Uaytın komandası yarımorta çəki dərəcəsində titul döyüşü təşkil edib. Belal Məhəmməd ilk dəfə kəmərini müdafiə edib: Titulu qazandığı vaxtdan təxminən bir il keçsə də, çempion zədə səbəbilə bir müddət rinqdən uzaq qalıb. Bu dəfə onun rəqibi isə parlaq avstraliyalı döyüşçü, 17-2 rekorda malik Cek Della Maddalena olub — yalnız karyerasının əvvəlində aldığı iki məğlubiyyətdən başqa heç vaxt uduzmayıb. Buna baxmayaraq, görüşün favoritlərindən biri kimi yenə də Məhəmməd göstərilib.

Bu döyüş xüsusilə İslam Maxaçevin azarkeşləri üçün maraq doğurub, çünki rusiyalı döyüşçünün gələcək planları məhz bu qarşılaşmanın nəticəsindən asılı olub. Əgər Belal məğlub olsaydı, Maxaçev ikinci titul uğrunda yarımorta çəkiyə keçəcəyini açıqlayıb. Məhəmmədlə dostluq münasibətləri olduğuna görə onunla döyüşmək istəməyib. Lakin Belal qalib gəldiyi üçün böyük ehtimalla Maxaçevin növbəti rəqibi yüngül çəki divizionundan yüksəlmiş İlia Topuriya olacaq.

Döyüşdən sonra verdiyi açıqlamada Cek Della Maddalena UFC-nin ən güclü döyüşçüsü hesab edilən İslam Maxaçevə qarşı ilk titul müdafiəsinə çıxmağa hazır olduğunu bildirib və qeyd edib:

"Mən onu Volkanın əvəzinə cəzalandıracağam", – deyə Maddalena vəd verib.

Turnirin ikinci əsas qarşılaşmasında Valentina Şevçenko uşaqyüngül çəki dərəcəsində UFC çempionluq kəmərini uğurla müdafiə edib. Beş raundun yekununa əsasən, o, fransız döyüşçü Manon Fioronu üç dəfə 48-47 hesabı ilə məğlub edib.

Turnirin üçüncü əsas hadisəsində isə əfsanəvi braziliyalı döyüşçü Coze Aldo parlaq üç raundlu qarşılaşmada kanadalı Eymann Zahabiyə hakimlərin yekdil qərarı ilə uduzub və peşəkar karyerasını bununla başa vurduğunu bəyan edib.

Mənbə: www.championat.com

Tərcümə etdi: Fatimə Kərimli 

Paylaş
Şərh əlavə et