Əfqanıstandakı Taliban hökuməti oyunun qumar mənbəyi olmasından qorxaraq növbəti xəbərdarlığa qədər şahmatı qadağan edib.
Rəsmilər oyunun İslam qanunlarına uyğunluğu müəyyən edilənə qədər qeyri-müəyyən müddətə qadağan edildiyini bildiriblər.
Şahmat Taliban tərəfindən məhdudlaşdırılan ən son idman növüdür. Qadınlara isə ümumiyyətlə idmanla məşğul olmaq qadağandır.
2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Taliban davamlı olaraq İslam hüququna sərt baxışını əks etdirən qanunlar və qaydalar tətbiq edir.
Bazar günü Taliban hökumətinin idman idarəsinin sözçüsü Atal Maşvani bildirib ki, İslam şəriət qanunlarında şahmat “qumar vasitəsi hesab olunur”.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
