Bu gün:

Lionel Messinin qolu məğlubiyyətinin qarşısını almağa kifayət etməyib


Amerika Birləşmiş Ştatları Futbol Liqası MLS-də həftənin diqqətəlayiq oyununda “Minnesota Yunayted” öz meydanında “İnter Mayami”ni 4:1 hesabı ilə məğlub edib. 

Minnesota Yunayted doğma azarkeşləri önündə "İnter Mayami"ni qəbul edib. Oyunda Messinin qolu yetərli olmayıb və Mayami komandası mövsümün ən ağır məğlubiyyətini alıb.

Minnesota Yunayted öz azarkeşləri qarşısında fırtına kimi meydana çıxıb. Bongokuhle Hlongwane pərdəni açıb və ilk hissənin zədəli vaxtında Entoni Markaniç dubl edib.

Lionel Messi ikinci hissənin əvvəlində səhnəyə çıxıb. O, Jordi Albanın ötürməsi ilə topu tora göndərərək hesabı 2-1 edib. Lakin ümid qısa olub və Marselo Veyqandtın uğursuz avtoqolu ilə fərq yenidən ikiqat artıb. Minnesota isə fürsətdən istifadə edib. 70-ci dəqiqədə Tani Oluvaseyidən topu Robin Lod vurdu və Mayami hesabı 4-1 oldu.

Minnesota ardıcıl ikinci mövsümünü qazanıb və bütün yarışlarda üç oyunluq qələbə seriyasını qırıb. "İnter Mayami" isə Messinin qoluna baxmayaraq, mövsümün ən böyük məğlubiyyətinin qarşısını ala bilməyib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et