Bu gün:

Manipulyatorların münasibətlərdə istifadə etdiyi 6 psixoloji taktika


Emosional manipulyasiya-səssiz təhlük, görünüşdə sevgi, zarafat və qayğı kimi təqdim olunan davranışlar bəzən fərqinə varmadan insanın emosional sərhədlərini poza bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, əgər daim qarşı tərəfin əhvalına uyğunlaşmaq məcburiyyətində qalırsınızsa və özünüzü narahat hiss edirsinizsə, emosional manipulyasiyanın qurbanı ola bilərsiniz.Manipulyatorların münasibətlərdə istifadə etdiyi psixoloji taktikalar aşağıdakılardır:

1) Reallığı təhrif etmək 

Manipulyasiyanın ən zəhərli formalarından biri olan qaz işıqlandırması insanın öz qavrayışlarına və yaddaşına şübhə etməsinə səbəb olur. “Bu heç vaxt baş verməyib” və ya “Sən bunu uydurmusan” kimi ifadələrlə yaşanan reallığın inkar edilməsi zamanla insanın özünə hörmətinə və psixi sağlamlığına ciddi zərər vurur. Mütəxəssislər bu cür davranışlar qarşısında dəlil toplamağın və öz duyğularına güvənməyin vacibliyini xüsusi vurğulayırlar.

2) Mənfi Yumor

“Mən sadəcə zarafat edirdim” və ya “Sən çox həssassan” kimi sözlərlə bəzədilmiş istehzalı ifadələr əslində insanı aşağılamaq üçün vasitə ola bilər. Özünə inamı hədəfləyən bu sözlərdən sonra manipulyatorlar məsuliyyətdən yayınmağı bacarırlar. Mütəxəssislər qeyd edirlər ki, bu halda aydın və birbaşa suallar vermək manipulyatorun maskasını aça bilər.

3) Manipulyatorlara "qurban"ına qarşı gizli silahı

Manipulyatorlar hər problemin “qurbanı” olan  qarşı tərəfi günahkar hiss etdirərək empatiyadan silah kimi istifadə edirlər. Bu, bir insanın günahkarlıq və həddən artıq bağışlama dövrünə girməsinə səbəb ola bilər. Psixoloqlar vurğulayırlar ki, bu cür münasibətlərdə geri çəkilmək və şəxsi sərhədləri qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir.

4) Məsuliyyətdən yayınma

Tutulduqları zaman manipulyatorlar “Unutmuşam” və ya “Bu, o qədər də vacib deyildi” kimi ifadələrlə reaksiyanı yumşaltmağa çalışırlar. Bununla məsuliyyətdən yayınır və sizi özünüzdən şübhələnməyə vadar edirlər. Əgər bu davranış davamlı şəkildə təkrarlanırsa, bu, sadəcə etinasızlıq deyil, şüurlu şəkildə verilmiş bir qərardır.

5) Sükut ilə cəza

Digər təhlükəli taktikalardan biri isə susmaqdır. Mesajlara cavab verməmək, laqeyd davranmaq və ya sevgini gizlətmək manipulyatorun cəza vasitəsinə çevrilə bilər. Bu cür davranışlar münasibətlərdə daimi təsdiq ehtiyacına və narahatlığa səbəb olur. Psixoloji dayanıqlıq üçün insan özünə hörmət etməli və sevgiyə layiq olduğunu unutmamalıdır.

6) Sevgi bombardmanı

Münasibətin əvvəlində göstərilən intensiv diqqət, böyük vədlər və davamlı təriflər bəzən sevgi deyil, manipulyativ strategiyanın bir hissəsi ola bilər. “Sevgi bombası” adlanan bu üsul emosional bağlanmanı sürətləndirmək məqsədi daşıyır. Yalnız bu bağ qurulduqdan sonra manipulyatorun əsl niyyətləri üzə çıxa bilər. Mütəxəssislər münasibətlərdə zamana güvənməyin və emosional sərhədləri qorumağın vacibliyini vurğulayırlar.

Mənbə: NTV

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et