9 may 1956-cı ildə hadisədən 69 il keçir – Böyük Britaniyanın baş naziri Entoni İden mətbuatın təzyiqi və beynəlxalq utanc qarşısında geri çəkilərək, Kral Donanmasının dalğıcı komandir Lionel “Buster” Krabbın müəmmalı yoxa çıxması ilə bağlı istintaq aparılması əmrini verib.

Mükafatlara layiq görülmüş sualtıçı Krabb Soyuq Müharibə gərginliyinin yüksək olduğu bir dövrdə Sovet rəhbərliyinin Böyük Britaniyaya “dostluq” səfəri zamanı yoxa çıxıb. Hadisə yayıldıqdan sonra Hərbi Dəniz Qüvvələrinə cavabdeh olan Admirallıq “Krabb Stouks Körfəzində sualtı avadanlıqları sınaqdan keçirərkən itkin düşüb və boğulduğu hesab olunur” kimi qeyri-müəyyən bir bəyanat verib. Lakin bu izahat tezliklə dağılmağa başlayıb.
Sovetlər limanda dayanan “Ordjonikidze” gəmisinin yaxınlığında bir sualtıçının göründüyünü bildirərək casusluq ittihamı irəli sürüblər. Parlamentdə dəfələrlə suallar verilsə də, baş nazir İden “Komandir Krabbın ölüm şəraitini açıqlamaq ictimai maraqlara uyğun olmaz” deyərək daha ətraflı məlumat verməkdən imtina edib.
Hökumətin susqunluğu, Krabbın gizli casusluq missiyasında olduğu barədə şübhələri daha da artırıb. Krabbın yoxa çıxmasından 14 ay sonra Çiçester Körfəzində başsız, əlsiz bir dalğıc kostyumunda cəsəd balıqçılar tərəfindən tapılıb. Barmaq izləri və dişlərinin olmaması onun tanınmasını çətinləşdirib, lakin sonradan keçirilən istintaq bu cəsədin Krabb olduğu qənaətinə gəlib. Bu hadisə baş nazir İdeni çətin vəziyyətə salıb və Sovet İttifaqı ilə əlaqələri yaxşılaşdırmaq cəhdlərini alt-üst edib. “Buster” Krabb adını məşhur amerikalı üzgüçü və aktyor Buster Krabbdan alıb. O, İkinci Dünya Müharibəsi zamanı sualtı minaların zərərsizləşdirilməsində göstərdiyi şücaətə görə Corc Medalı və Livornoda mina təmizləmə fəaliyyətlərinə görə Britaniya İmperiyası Ordeni (OBE) ilə təltif olunub. Onun həyatına əsasən, çekilən 1958-ci il “Səssiz Düşmən” filmi Krabbı xalq arasında daha da məşhurlaşıb.
Krabbın yoxa çıxmasından onillərlə sonra Britaniya hökuməti məsələ ilə bağlı səssizliyini qoruyub. Lakin yalnız 2006-cı ildən etibarən, 50 illik gizlilik qaydalarının bitməsi ilə bəzi sənədlər ictimaiyyətə açılıb. Sənədlər göstərirdi ki, Xruşşovun səfəri ərəfəsində Britaniyanın kəşfiyyat orqanları Sovet gəmisi Ordjonikidzeni araşdırmaq üçün Krabbı qeyri-rəsmi missiyaya cəlb edib. Əsl məqsəd dəqiq bilinməsə də, keçmiş MI5 əməkdaşı Piter Raytın 1987-ci ildə nəşr olunan “Casusçu” kitabında Krabbın gəminin təkmil pervane dizaynını incələmək üçün suya girdiyi bildirilir.
Missiyadan iki gün əvvəl Krabb və MI6 agenti Bernard Smit Portsmutda Sally Port otelinə yerləşib. 17 aprel 1956-cı ildə Krabb yerli bir pubda hərbi yoldaşı – adının üzərindən xətt çəkilən bir leytenant-komandir – ilə görüşüb və bu şəxs ona limana daxil olmaqda kömək etməyi qəbul edib. 19 aprel səhəri saat 07:00 radələrində Krabb suya girib və Rus gəmisinə doğru üzərək gedib. Ondan bir daha xəbər alınmayıb. Hərbi Dəniz Qüvvələri heç bir axtarış əməliyyatı aparmayıb, çünki bu, rəsmi əməliyyat sayılmıyıb. Krabb yoxa çıxdıqdan sonra Bernard Smit onun əşyalarını oteldən çıxarıb və oradan gedib. Bir neçə gün sonra polis Sally Port otelinin qeydiyyat kitabından onların məlumatlarını çıxarıb. Bu, missiyanın gizli xarakter daşıdığına dair şübhələri daha da artırıb.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
