
Qiymətlərin artması səbəbindən bədənin ehtiyacı olan kalsiumun hansı qidalarda olduğunu araşdırdıq.
Tərkibindəki yüksək kalsiuma görə süd sağlam qidalanmaq üçün əvəzolunmazdır. Bu fikir haqlı olsa da, bəzi insanlar laktoza dözümsüzlüyü, vegan olmaq və ya digər səbəblərdən süd içməkdən çəkinirlər. Bu, hər kəsin kalsiumsuz qalacağı mənasına gəlmir. Südə alternativ kalsium mənbələri ilə tanış olaq.
1. Çia toxumu
2 xörək qaşığı çia toxumunda 179 mq kalsium var. Çia, həmçinin orqanizmin kalsium, fosfor və maqneziumu metabolizə etməsinə kömək edir. Sümüklərin və əzələlərin sağlamlığını dəstəkləyir.
2. Soya südü
Bir stəkan soya südünün tərkibində inək südü ilə eyni miqdarda kalsium var. Soya südü D vitamini ilə zəngindir və tərkibində laktoza olan tam süddən daha az doymuş yağ var.
3. Badam
Yalnız 1 stəkan tam badamda 385 mq kalsium var. Bu tövsiyə olunan gündəlik miqdarın üçdə birindən çoxdur.
4. Əncir qurusu
Təxminən, səkkiz əncir lif və antioksidantlarla birlikdə 241 mq kalsium edir.
5. Günəbaxan tumları
100 qram günəbaxan tumunda 78 mq kalsium var. Eyni zamanda sinir və əzələ sağlamlığını tənzimləyən maqneziumla zəngindir. Bundan əlavə günəbaxan tumunun ləpəsində E vitamini və mis var. Bu qidalar birlikdə sümük gücünü artırır. Sümük itkisinin qarşısını alır.
6. Küncüt
Cəmi 1 xörək qaşığı küncüt yemək sizə 88 mq kalsium verir. Küncüt də sümük sağlamlığı üçün faydalı olan sink və misi özündə birləşdirir.
7. Brokoli
100 qram brokolinin tərkibində 100 mq kalsium var. Tərkibində yüksək miqdarda kalium, dəmir və C vitamini olan bu kiçik ağaclar sizə lazım olan faydanı təmin edir.
8. Şirin kartof
Bir böyük şirin kartofda 68 mq kalsium var. Həmçinin kalium, A və C vitaminləri ilə zəngindir.
Kalsium çatışmazlığında nə baş verir?
Kalsium vücud üçün əvəzolunmaz bir birləşmədir. Sümük mübadiləsinin təməl ehtiyacıdır. Onun çatışmazlığı osteoporoz və osteopeniya kimi bir çox sümük xəstəliklərinə səbəb olur. Kalsium mübadiləsinizdəki hər hansı bir çatışmazlıq bir çox şəkildə özünü göstərə bilər:
• Yaddaş itkisi
• Əzələ spazmları
• Əllərdə, ayaqlarda və üzdə uyuşma
• Depressiya
• Zəif və kövrək dırnaqlar
• Asanlıqla qırılan sümüklər
İnsandan insana dəyişsə də, insanın orta gündəlik kalsium ehtiyacı 1200 milliqramdır. Qida rasionunuzda kifayət qədər kalsium olduğundan əmin olun. Bu sağlam həyat üçün çox vacibdir.
Mənbə : Habertürk
Tərcümə etdi : Samirə İsmayılova
