Bu gün:

Hansı ifadələr uşağı daha da güclü edir?


Uşağınızın daha güclü bir fərd olması üçün söyləməli olduğunuz xüsusi ifadələr var.

Uşaqlar ağzınızdan çıxan hər bir sözü "udur". Hətta sizə diqqət etmədiyini düşündüyünüz zamanda belə. Bəzi ifadələr uşağınızı güclü edir:

"Test tapşırığından aşağı qiymət almağın bir az məyusedicidir, ancaq bu son şansın deyil"

Təəssüf ki, uşağınız həyatı boyu bir sıra uğursuzluqlar yaşamağa məhkumdur. Səhvinə geniş nəzər salmasına kömək edin. Vərdişlər olduqca erkən formalaşmağa başlayır. Ona bu məğlubiyyətin müvəqqəti hadisə olduğunu xatırladın. Uşağa istədiyiniz vərdişi aşılamaq üçün üçün bir oyun planı hazırlayın. Zamanla bu vərdiş halına gələcək və onun yetkin yaşlarında etdiyi səhvlər ona pilləkən daşları olacaq.

"Özündən kiçik uşağa kömək etdiyini gördüm. Çox səbirli və mehriban idin"

Uşaqlar mücərrəd tərifləri tanımaqda çətinlik çəkirlər. Əgər ona bir nümunə versəniz, təriflədiyiniz xüsusiyyəti daha yaxşı başa düşəcək və qiymətləndirəcək. Həmçinin eyni davranışı təkrarlayacaq. Əgər uşağınız bir kitabı oxuyub bitiribsə, onun ağıllı olduğunu demək uşağın inkişafı üçün faydalıdır.

"Ev tapşırığını unutmamağın üçün nə edə bilərəm?"

Uşağınız eyni səhvi təkrarlaya bilər. Ancaq uşağı cəza ilə hədələmək və ya onun necə bu qədər unutqan ola biləcəyini soruşmaq problemi böyüdəcək. Uşağa narahatlıq və utanc gətirəcək. Fərqli şəkildə həll yollarını soruşmaqla ona öz problemini həll etmək şansı verirsiniz. Onu utandırmaq əvəzinə, problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edə bilərsiniz. Vəziyyəti yenidən nəzərdən keçirməklə siz "problem" rolunu "problemi həll edən" rolu ilə dəyişdirirsiniz. Uşaq özünü problem mənbəyi kimi deyil,  ağıllı və azad hiss edəcək. Onun ilk fikri uğursuz ola bilər, lakin cəhd etməsi çevikliyi artıracaq.

"Uşağım hər şeyi dostları ilə bölüşməyi çox yaxşı bacarır. Biz bununla fəxr edirik”

Başqa valideynlə telefonla danışanda övladımızın eşitmə qabiliyyətini itirdiyini düşünürük. Əksinə, başqa valideynə dediyiniz sözlər uşağa inanılmaz təsir göstərə bilər. Onu təriflədiyiniz zaman o buna çoz inanmaya bilər. Başqa bir valideynə dediyiniz sözlər isə daha inandırıcıdır. Hər kəs öz övladının dünyanın ən yaxşı balaca insanı olduğunu düşünür.Bunu tez- tez demək faydalıdır. Əmin olun ki, bu üsullardan istifadə edərək uşağınıza verdiyiniz iltifatlar dərin təsir bağışlayacaq. 

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş