Batuhan Akçaoğlu və Hazal Burundan ibarət Qarışıq Yay Milli Komandası Çində keçirilən Oxçuluq Dünya Kubokunun 2-ci oyununda dünya rekordu qırıb.Dünya Oxçuluq Federasiyasının 2025-ci il fəaliyyət proqramına daxil olan təşkilat Şanxayda davam edir.
Türkiyə Oxçuluq Federasiyasının aaçıqlamasında "Kompleks Yay Qarışıq Milli Komandamız 10 X 160 tam xal ataraq daha əvvəl 9 X 160 tam xalla Danimarkanın sahib olduğu rekordu yenilənib”,-deyilib.
Finala yüksələn Kompound Bow Qarışıq Milli Komandası sabah qızıl medal uğrunda görüşə çıxacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli