Bundesliqa təmsilçisi Bayer Leverkuzen baş məşqçisi Xabi Alonsonun mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. "Bayer 04 Leverkuzen" və baş məşqçi Xabi Alonso iki il yarımdan çox bir yerdə yaşadıqdan sonra yollarını ayırıblar", - klubun rəsmi saytında deyilir. 2024-cü il Almaniya DFB Pokal və Superkubok çempionları ispaniyalının bu mövsümün sonunda 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə xitam vermək tələbini yerinə yetirib.
Komanda uyğun vaxtda yeni baş məşqçini açıqlayacaq.'' 43 yaşlı məşqçi mətbuat konfransında da "Klubumuzla razılaşdıq ki, bu son iki matç Bayer Leverkuzen baş məşqçisi kimi son matçlarım olacaq". Keçən il Leverkuzeni ilk Bundesliqa çempionluğuna aparan ispan məşqçi bu mövsüm Bayern Münhen çempionluğunu qazandıqdan sonra ikinci yerdə qaldı. Xabi Alonsonun adı İspaniya nəhəngi "Real Madrid"lə hallanır.
Mənbə:Maçkolik
Tərcümə etdi:Əlisahib İbrahimli