Bu gün:

Kaliforniyadakı Cypress Tree Tuneli


1930-cu illərdə ABŞ-ın Kaliforniya ştatındakı Point Reyes Milli Çimərliyində əkilən Monterey sərv ağacları və onların budaqları illər keçdikcə böyüyərək “ağac tuneli” təşkil edərək turistlərin diqqətini çəkir.


Külək və okean hava şəraitinə uyğunlaşa bilən azsaylı ağac növlərindən biri olan sərvlər fotoqrafiya həvəskarları üçün tez-tez ziyarət edilən yerlərdəndir.

Kaliforniyanın şimalındakı Point Reyes Milli Çimərliyi biomüxtəlifliyinə görə sahilboyu qorunan ərazi elan edilib.

1870-ci ildə tikilmiş mayak köçəri boz balinaları izləmək üçün istifadə olunur.

Nəzarətsiz ovlanma nəticəsində nəsli kəsilməkdə olan və daha sonra qoruma altına alınan fil suitiləri, təxminən 150 illik fasilədən sonra 1970-ci illərdən bəri bölgədə müşahidə edilən mühüm növlər arasında sayılır.

Bölgədə Miwok yerlilərinin istifadə etdiyi sığınacaqları da görmək olar.

Point Reyes Milli Çimərliyinin təbii mənzərəsindən görüntülər:

Mənbə:NTV

Tərcümə etdi:Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et