Bu gün:

"Robotaxi " adını qeydiyyatdan keçirmək cəhdi uğursuz olub


Tesla-nın nəqliyyat vasitələri ilə bağlı “Robotaxi” adını ticarət nişanı kimi qeydiyyatdan keçirmək cəhdi ABŞ Patent və Ticarət Nişanları İdarəsi tərəfindən çox ümumi bir ifadə olduğu üçün rədd edilib. Bu barədə yeni sənəddə məlumat verilib.

Tesla-nın gələcəkdə istifadəyə verəcəyi taksi xidmətinə dair “Robotaxi” adı ilə bağlı digər ticarət nişanı müraciəti isə hələ də idarə tərəfindən nəzərdən keçirilir.

Bundan əlavə, Tesla-nın “Cybercab” adını ticarət nişanı kimi qeydiyyatdan keçirmək üçün etdiyi müraciətlər də müvəqqəti dayandırılıb. Səbəb kimi digər şirkətlərin "Cyber" ifadəsi ilə bağlı oxşar ticarət nişanı cəhdləri göstərilir. Bu şirkətlərdən biri, “Cybertruck” avtomobilinə uyğun aksesuarlar üçün çoxsaylı ticarət nişanı müraciətləri edib.

ABŞ Patent və Ticarət Nişanları İdarəsi çərşənbə axşamı “Robotaxi” müraciətinə “qeyri-son ofis tədbiri” adlanan sənəd təqdim edib. Bu o deməkdir ki, Tesla 3 ay ərzində cavab təqdim etməlidir, əks halda müraciət ləğv ediləcək.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et