Bu gün:

Emosiyalar necə yaranır?


Duyğular düşüncə tərzimiz və davranışlarımızda mühüm rol oynayır. Hər gün hiss etdiyimiz duyğular bizi hərəkətə keçməyə məcbur edə, həyatımızla bağlı verdiyimiz qərarlara təsir edə bilər.

Bəs emosiyalar necə yaranır?

Duyğulara limbik sistem kimi tanınan beyindəki bir-birinə bağlı strukturlar şəbəkəsi təsir edir. Emosiyaları həqiqətən dərk etmək üçün bir duyğunun üç kritik komponentini anlamaq vacibdir. Hər bir element sizin emosional reaksiyalarınızın funksiyasında və məqsədində rol oynayır:

Subyektiv komponent emosiyanı necə hiss etdiyiniz, fizioloji komponent bədəninizin duyğulara verdiyi reaksiya, ekspressiv komponent hiss etdiklərinizə dair verdiyiniz cavablardır.

Emosiyalar hərəkətə keçmə hissini artırır

Qəzəbləndiyiniz zaman qıcıqlanma hissini yaşayacaq, qorxu hiss etdiyinizdə təhlükədən qaçmaq istəyəcəksiniz.

Duyğular bədəni hərəkətə keçməyə də hazırlaya bilir. Xüsusilə, amigdala bədəninizi qorxu və qəzəb kimi şeylərin öhdəsindən gəlməyə hazırlayan emosional reaksiyaları hərəkətə keçirməkdən məsuldur.

Səhər yeməyinizə qərar verməyinizdən tutmuş, siyasi seçkilərdə verdiyiniz səsverməyə qədər digər bütün qərarlarımıza emosiyalarımız böyük təsir göstərir.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et