Bu gün:

Bekhem və Qari Nevill İngiltərədə klub alırlar


Keçmiş ingilis futbolçular Devid Bekhem və Qari Nevill İngiltərə 4-cü Futbol Liqasında (İkinci Liqa) mübarizə aparan Salford City klubunu satın alıblar.

Klubun internet saytından verilən açıqlamada amerikalı iş adamı Declan Kelly və ingilis sərmayədarı Mervin Daviesin yeni dövrdə həmsədrlik edəcəkləri bildirilib.

Amerika Birinci Futbol Liqası (MLS) komandalarından biri olan "İnter Mayami"nin də sahiblərindən olan Bekhem açıqlamasında uşaqlıq illərini Salfordda keçirdiyini və bu komandanın bir parçası olmaqdan xoşbəxt olduğunu bildirib.

Salford Siti 69 xalla İngiltərə 4-cü Futbol Liqasında mövsümü 8-ci yerdə başa vurub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et