Bu gün:

Arda Gülər ​​nümunə olmaq istəyir


“Real Madrid"də çıxış edən milli futbolçu Arda Gülər türk futbolunun yeni nəslinə yol göstərmək istədiyini bildirib.

Arda Gülər "The Players' Tribune" media platforması üçün yazdığı məktubda "İlk növbədə, Türkiyə futbolunun yeni nəslinə yol göstərmək istəyirəm. Bilirəm ki, türk futbolunun böyük ümidi mənəm, amma tək olmaq istəmirəm. Hər kəsin yolunu açmaq istəyirəm. Bu məktubu oxuyan sizləri nəzərdə tuturam. Evə qayıdanda hələ də məni alqışlayanlar məni sevindirir. Madriddən sevginizi hiss edə bilərəm.”,- deyə bildirib.

2023-cü ildə baş verən zəlzələ zamanı "Fənərbaxça"da oynamaq şansının az olduğu bir dövrdə çəkilmiş bir videonun ürəyini ürpədirdiyini vurğulayan Arda "Xilasetmə qrupundan iki nəfər və yenicə dağıntılar altından çıxarılan kiçik bir oğlan var idi. Uşaq uzanır, bədəni örtülüdür, ancaq 5 gündür başı kənardadır. Öləcəyini düşündüm və bu sözləri heç unuda bilmirəm: Bir top götür və çölə qaçacaqsan, özünü dünyanın sahibi kimi hiss edəcəksən",- deyə uşaq kədərli sözləri ilə məni duyğulandırmışdır.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et