Bu gün:

Niyə heyvanları bu qədər çox sevilir?


Evimizin xoşbəxtliyi, ən yaxşı və sadiq dostumuz çox zaman heyvanlar olur. Bəs niyə onları bu qədər çox sevdiyimizi heç düşündünüzmü? Bunun bir neçə səbəbi var.

1.Bizə önəmli olduğumuzu hiss etdirirlər

Körpəlikdən əsas ehtiyaclarımızdan biri də sevgi və bağlılıqdır. Sevgini doğmalarımızdan və heyvanlardan görürük. Son tədqiqatlar qlobal böhranlarda heyvanların insanın zehni sağlamlığına faydalı olduğunu da göstərmişdir. Bir elmi araşdırmaya görə, COVID-19 pandemiyası zamanı ev heyvanları olmayan insanların əhval-ruhiyyəsi  daha aşağı idi. Digər tərəfdən, heyvan sahibi olan  insanların daha müsbət  enerjili olduqları və təcrid olunmağa daha az meylli olduqları, eyni zamanda daha çox sosial dəstək aldıqları müşahidə edildi. Önəmli və xüsusi olduğumuzu hiss etdirməkləri isə ev heyvanlarının möcüzəvi bacarıqdır. Çünki heyvanlar insanları təmənnasız sevər.

2.Saf duyğular bəsləyirlər

Ev heyvanlarınız çöldə olduğunuz zaman evinizi dağıda bilər. Araşdırmalar göstərir ki, heyvanınız sizin üçün darıxdığına görə belə edir. Ev heyvanlarınız sizdən sevgi, diqqət, dostluq  və ya yeməkdən başqa bir şey gözləmirlər. Siz onların bütün dünyasına çevrilirsiniz və onlar tərəddüd etmədən sizdən asılıdırlar, əlbəttə ki, siz onlara düzgün davranırsınızsa…

Dəyərli, sevilən, vacib və xüsusi hiss etməkdən daha mükəmməl bir şey yoxdur. Digər tərəfdən, travma almış insanlar bu duyğuları heyvanları sayəsində yaşayırlarsa, bu, insanlarla daha sağlam münasibətlər qurmağa kömək edir.

3.Bizimlə dərin əlaqələr qururlar

Ev heyvanları danışmadan bizi başa düşürlər. Onlar bizimlə emosional cəhətdən əlaqə qururlar və insan münasibətlərində olduğu kimi sözlərindən  yayınmırlar. Breen Braun, Sue Johnson və Les Greenberg kimi elm adamları belə izah etdilər ki, insanlar düşünüləndən daha emosionaldır. Digər tərəfdən, ev heyvanları bunu başa düşür və bizə  yaxınlaşmağa  çalışırlar. Heyvanların insanlara necə kömək etdiyini və onları necə sevdiklərini görəndə təsirlənməmək mümkün deyil. Buna görə ev heyvanlarının himayəyə götürülməsi yalnız və psixoloji problemləri olan ailələr  üçün daha çox  tövsiyə olunur. Bir ev heyvanını himayəyə götürmək sizə dünyaları bəxş edə bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et