San Fransisko mərkəzli süni intellekt startapı Rikraft, Aksel-in rəhbərlik etdiyi B seriyası investisiya turunda 30 milyon dollar maliyyə cəlb edib. Şirkət bu məlumatı TechCruncha açıqlayıb.
Turda həmçinin Kosla Ventures və Madrona kimi aparıcı investorlar da iştirak ediblər. Qeyd edək ki, Rikraft 2024-cü ildə Kosla tərəfindən 12 milyon dollar A seriyası investisiya da əldə etmişdi.
Startap ötən il “red_panda” kod adlı modelinin süni intellekt sahəsində nüfuzlu Artificial Analysis göstəricisində OpenAİ-nin DALL-E və Midjourney modellərini geridə qoyması ilə diqqət çəkmişdi.
Rikraft-ın üçüncü nəsil modeli olan “red_panda” adı, istifadəçilərin tez-tez sevimli panda şəkilləri yaratmasından ilhamlanaraq qoyulub. Şirkətin qurucusu və CEO-su Anna Veronika Dorogushun sözlərinə görə, Rikraft hazırda 5 milyon dollarlıq illik təkrarlanan gəlirə və 4 milyon istifadəçiyə malikdir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
