Bu gün:

Həyatda xoşbəxtliyi necə tapmaq olar?


Axtardığımız xoşbəxtlik heç gözləmədiyimiz yerdə ola bilər. Bütün səylərimizə baxmayaraq, qurduğumuz xəyallar həmişə gerçəkləşmir. Münasibətlərimiz pozula, valideyn istəkləri nəticəsiz qala, karyeramızda istədiyimiz nəticəni əldə etməyə bilərik. Ancaq xoşbəxlik heç gözləmədiyimiz anda gələ bilər.

1.Həqiqətən arzulayın və çalışın

İnsan hər zaman xəyallarla yaşayır. Bəziləri xəyalları üçün çalışır və hədəflərinə doğru çatırlar. Elə insanlar da var ki, sadəcə arzulayır, amma hərəkət etmir. Əgər hərəkət yoxdursa, xəyal qurmaq da boşdur. Əsas olan odur ki, mübarizə aparasan, çünki ən sonda insan etmədikləri şeylər üçün peşman olur.


2.Başqalarının həyatını ideallaşdırmaqdan çəkinin


Ayrıldıqdan sonra sizdən başqa hər kəsin birlikdə xoşbəxt olduğu görünə bilər. Çünki insanlar daha mürəkkəb şeyləri gizli saxlamaqda, tez-tez yaxşı şeyləri bölüşməkdə meylli olurlar. Tədqiqatlara görə, bu balanssızlıq başqalarının əzablarını qiymətləndirməməyimizə ,özümüzü daha təcrid olunmuş və həyatımızdan daha az məmnun hiss etməyimizə səbəb ola bilər.


3.Gözəl şeylərdən zövq alın


Kədərlənməyimizə icazə verdiyimiz şeylər və bunun məntiqsiz olduğunu söyləyən daxili səsi dinləyib xoşbəxt olmaq da vacibdir. Müəyyən itkilər yaşaya bilərik, amma bizə xoşbəxtlik gətirən insanlar və ya yeni fəaliyyətlər həyata fokuslanmağımıza kömək ola bilər. Yeni fəaliyyətlərində fərqli duyğular tapa bilərik və ya köhnələrində daha dərin və mənalı duyğular  kəşf edə bilərik.  


Araşdırmalar göstərir ki, təbiətdə vaxt keçirmək və ya heç vaxt yemədiyiniz yeməkləri dadmaq sizə sevincli hiss etdirəcək. 


4.Həyatı necə gözəlləşdirəcəyinizi düşünün


Həyatımızın rəvan keçəcəyinə ümid edə bilərik, amma gözlənilməz problemlərlə dolu bir həyat daola bilər. Son araşdırmalar göstərir ki, insanlar həyatlarını bir çox məşhur kitablarda və filmlərdə görülən bir janr olan "qəhrəmanların səyahəti" nə bənzər bir şəkildə düşündükdə stresli vaxtlarda daha yaxşı hiss edə bilər və daha böyük hədəflər, məqsədlər  düşünə  bilərlər. 

Həyatımızda insanlar, baxdığımız filmlər, anidən eşitdiyimiz sözlər belə dönüş nöqtəsi yaratmağa qadirdir.


Mənbə: Kemalsayar

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et