Bu gün:

Toksik bir ailədə böyüdüyünüzü göstərən 5 əlamət


Valideynlərin tərbiyə zamanı övladlarına qarşı göstərdikləri mənfi davranış, eqoistlik və ya laqeydlik gələcəkdə övladlarının narahatlıq, özünə şübhə, əsəbiliklə qarşılaşmasına səbəb olur. Bəs hansı davranışlar toksik bir ailədə böyüdüyünüzü göstərir?


1.Manipulyasiya

Toksik ailədə ailə üzvlərinə təsir etmək üçün tez-tez manipulyasiya tətbiq olunur. Təbii ki, ailə üzvləri manipulyasiyanın fərqində olmurlar. Bu mənfi  davranış uşaqlara qarşı emosional zorakılığdır. Ailələri tərəfindən daim manipulyasiya olunan uşaqlar gələcəkdə insanlara inamsızlıq hiss edir və yaxşı münasibətlər qurmaqda çətinlik çəkirlər.

2.Sosiallaşma və Güvən problemi

Gərgin və mübahisəli ailədə baş verənlər gələcəkdə  uşaqların da həyatında bu  izləri daşımasına səbəb olur. Bu cür uşaqların insanlara inam və sevgi ilə bağlı problemləri ola, ailəsində gördüyü  mənfi davranışları başqalarına qarşı göstərə bilərlər. Həmişə münasibətlərində məyusluq yaşayacağını düşünərək insanlara qarşı ittihamçı və kobud olurlar.

3.Uğursuzluğu və məğlubiyyəti qəbul etməmək 

Toksik bir mühitdə böyüyən uşaqlar davamlı olaraq kifayət qədər yaxşı olmadıqlarını düşünürlər, çünki valideynləri həmişə onlara qarşı həddindən artıq tələblər irəli süret və gözləntilərinə cavab vermədikləri zaman onları günahlandırırlar. Buna görə ən kiçik bir səhv və ya uğursuzluq onları qorxuda bilir.

4.Özgüvən əskikliyi

Sevildiyini hiss etməyən və ailəsindən diqqət almayan uşaqlar daxili aləmlərində özləri və şəxsiyyətləri ilə problem yaşayırlar. Bu vəziyyət uşağın zehni sağlamlığına təsir edir, narahatlıq, hətta depressiya kimi mənfi şeylərlə nəticələnə bilər.

5.Özünü daim tənqid etmə

Toksik  valideynlərin övladlarında yaratdıqları özünə inamsızlıq uşağa dəyərsiz hiss etdirə bilər. Uşaq özünü tənqid edir və etdiyi hər şeydə tərəddüd edir. Yaxşı şeylərə layiq olmadığını, həmişə uğursuz olacağını, həmişə başqalarından daha pis olduğunu düşünür.


Mənbə: NTV

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et