Bu gün:

Arnolddan ayrılıq sözləri


İngiltərə Premyer Liqa komandası "Liverpul" İngiltərə millisinin futbolçusu Trent Alexander-Arnoldun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Klubun açıqlamasında müqaviləsi iyunun 30-da başa çatacaq Aleksandr-Arnoldun mövsümün sonunda komandadan ayrılmağa qərar verdiyi bildirilib.

Açıqlamada fikirləri yer alan Alexander-Arnold deyib: "20 il ərzində hər gün hər şeyimi sərf etdikdən sonra elə bir nöqtəyə gəldim ki, bir futbolçu və bir insan olaraq dəyişikliyə, yeni çağırışa ehtiyacım olduğunu hiss edirəm. Düşünürəm ki, bunu etmək üçün doğru zamandır. Azarkeşlərə demək istədiyim çox şey var. Ən əsası, böyük bir təşəkkür edirəm. Siz hər zaman yanımda oldunuz və sizin yanımda olduğunuzu hiss etdim, dəstəyiniz, sevginiz, etdiyiniz hər şey hər dəqiqə gözəl idi.",- deyə fikirlərində bildirib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et