Antalyanın Kemer rayonunda keçirilən "Sky Adventure" motosiklet yarışında Bayram Uysal birincilik qazanıb.
Təşkilat şirkətindən verilən məlumata görə, Kemer Enduro Motosiklet İdman Klubunun bu il ikinci dəfə təşkil etdiyi yarışa 87 idmançı qatılıb.
Qərbi Toros dağlarında keçirilən iki gün davam edən yarışda Bayram Uysal 2.17.02 göstərici ilə birinci yeri qazanıb. Hilmi Şahin 2.26.31 göstərici ilə ikinci, Erkan Dəmir isə 2.29.13 göstəricisi ilə üçüncü olub.
Kemer Kındıl Çeşme çimərliyində təşkil edilən mərasimdə kateqoriyalarında müvəffəqiyyət qazanan idmançılara kubokları verilib.
Açıqlamada fikirləri yer alan Kemer Enduro Motosiklet İdman Klubu Başçısı Semih Özdemir motosiklet ictimaiyyətinə "macəra motosikleti" şöbəsində yeni bir hadisə gətirdiklərini ifadə edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
