
Bayern Münhen 34-cü Bundesliqa çempionluğunu qazanıb. Liqanın 32-ci həftəsində "Leyptsiq"lə səfərdə 3-3 bərabərə qalan "Bavariya" komandası "Frayburq"la səfərdə 2-2 bərabərə qalan Leverkusendən sonra 2 həftə qalmış özünü çempion elan edib. Ardıcıl 11 çempionluq qazandıqdan sonra ötən mövsüm Leverkuzenə epauletlərini itirən "Bavariya" bir mövsümlük fasilədən sonra yenidən liqaya qayıdır. 39 yaşlı gənc məşqçi Vinsent Kompani məşqçilik karyerasında ilk dəfə yüksək liqa çempionluğunun sevincini yaşadı.
Burnley Vinsent Kompaninin rəhbərliyi altında 2022-23 mövsümündə Çempionatı birinci bitirdi. "Bavariya"nın ingilis hücumçusu Harri Keyn də karyerasının ilk kubokunu qazanıb. 31 yaşlı ingilis ulduz bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 36 qol vurub və 10 məhsuldar ötürmə edib. "Bavariya" mövsümü liqanın qalan hissəsində evdə Mönhengladbach, səfərdə isə "Hoffenheim"la qarşılaşmaqla başa vuracaq.
Mənbə:Maçkolik
Tərcümə etdi:Əlisahib İbrahimli
