Bu gün:

Vikipediya süni intellekt strategiyasını açıqlayıb


Vikipediya növbəti üç ili əhatə edən yeni süni intellekt (Sİ) strategiyasını təqdim edib. Strategiyada əsas məqsəd insan redaktorları və könüllüləri əvəz etmək deyil, onların işini asanlaşdırmaq üçün süni intellektdən dəstək alaraq texniki çətinlikləri aradan qaldırmaqdır.

Qurum bildirib ki, Sİ vasitəsilə yeni funksiyalar hazırlanacaq və bu funksiyalar redaktorlar, moderatorlar və patrulçular üçün texniki çətinlikləri minimuma endirəcək. Beləliklə, istifadəçilər texniki biliklərə ehtiyac duymadan öz vəzifələrini daha rahat şəkildə yerinə yetirə biləcəklər.

Vikipediya süni intellektin məzmun yaradılması kimi sahələrdə insan əməyini əvəz etməsi ilə bağlı narahatlıqlara cavab olaraq qeyd edib ki, Sİ yalnız bir vasitə olaraq istifadə olunacaq. Məqsəd mövcud iş yerlərini qorumaqla yanaşı, həmin işləri daha məhsuldar və effektiv hala gətirməkdir.

Təşkilat həmçinin qeyd edib ki, generativ süni intellekt yalnız müəyyən sahələrdə, xüsusilə də, onun üstünlük təşkil etdiyi istiqamətlərdə tətbiq olunacaq.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et