“Qalatasaray”ın nigeriyalı futbolçusu Viktor Osimhen bu mövsüm “Sivasspor” matçında vurduğu qol sayını 33-ə çatdıraraq, bir mövsümdə atılan ən çox qol sayına çatıb və karyera rekordunu qırıb.
Trendyol Superliqasının 34-cü həftəsində "Qalatasaray" "Sivasspor"la qarşılaşarkən sarı-qırmızılıların heyətində nigeriyalı futbolçu Viktor Osimhen 2 qol vurub.
Matçın 15-ci dəqiqəsində Eren Elmalının cərimə meydançası daxilində endirdiyi zərbə dirəkdən geri qayıdıb və Osimhen topu qapı önündə boş qapıya göndərib, nəticədə hesab 2-0 olub.
Matçın 32-ci dəqiqəsində yenidən səhnəyə çıxan nigeriyalı futbolçu Roland Sallainin cərimə meydançasında sağ cinahdan təyin etdiyi cərimə zərbəsindən sonra qola imza atıb və hesabı 4-0 edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
