Sosial media insanların düşüncələrinə və həyat tərzinə təsir edir. Xüsusilə, dəbdəbəli həyat paylaşan influenserlər izləyicilərin baxışlarını formalaşdırır. Bu, uğur və xoşbəxtlik anlayışına təsir etsə də, sosial müqayisə və özünə hörmətə zərər verə bilər.

Bu məqalədə sosial medianın bəzi təsirlərinə nəzər salacağıq:
1. Sosial müqayisə nəzəriyyəsi
Sosial müqayisə insanların özlərini başqaları ilə müqayisə etməsidir. Dəbdəbəli həyat paylaşanlar izləyicilərində paxıllıq, narazılıq və qeyri-kafi hisslər oyada bilər. Bu, insanların öz həyatlarından narazı qalmasına səbəb ola bilər.
2. Özünü qavrama və özünə hörmət
Sosial mediada göstərilən ideal həyat tərzi insanın özünü dərk etməsinə mənfi təsir göstərə bilər. Həqiqətdə belə bir həyat mümkün olmadıqda, bu, özünə inamın azalmasına səbəb ola bilər.
3. Psixi sağlamlığa təsirləri
Sosial mediada davamlı olaraq dəbdəbəli həyatları izləmək narahatlıq, depressiya və sosial təcrid kimi psixoloji problemlərə səbəb ola bilər. Bu cür məzmunlar insanlarda tənha və yetərsiz olma hissini gücləndirə bilər.
Sosial mediada qarşılaşılan dəbdəbəli həyat tərzləri insanların düşüncə, hiss və davranışlarına güclü təsir göstərir. Bu təsirlərin fərqində olmaq, sosial medianı daha sağlam istifadə etmək üçün vacibdir. Başqaları ilə müqayisədən qaçaraq öz həyatımıza fokuslanmaq və sosial media istifadəsini şüurlu şəkildə idarə etmək psixi sağlamlığımız üçün önəmlidir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
