Bu gün:

Niyə yalan danışmağa ehtiyac duyuruq?


İnsanların yalana müraciət etmələrinin müxtəlif səbəbləri var: 

Tənqid olunmaq istəməmək və başqalarının fikrinə çox önəm vermək;

Hər zaman haqlı olmaq istəyi (haqsız qalsam, əziləcəyəm, hörmət görməyib sevilməyəcəm düşüncəsi);

Ön planda olmaq istəyi, ikinciliyi qəbul edə bilməmək, həddən artıq acgözlük; 

Sahib olduqlarını itirmək qorxusu;

Sevdiyini itirmək qorxusu;

Bir qrup şəxs tərəfindən ayrı-seçkiliyə məruz qalmaqdan qorxmaq;

Kimisə qorumaq instinkti;

Həqiqətlə üzləşmək qorxusu. 

Çəhrayı və ağ yalanlar

Bəzi insanlar çəhrayı, ağ yalanları təhlükəli görmürlər, çünki yalanları ilə başqalarına zərər vermədiklərini, ya özlərini qorumaq, ya da kiminsə xeyrinə yalan danışdıqlarını düşünürlər. Bəzən bu tip yalanlar bir evliliyi xilas etmək, qarşı tərəfin özünü yaxşı hiss etməsi  danışılır. Ancaq heç bir pis niyyəti olmayan bu yalanlar ilk baxışda yaxşı görünsə də, uzunmüddətli perspektivdə bizə zərər verə bilər. Ola bilsin ki, bu yalanlar ucbatından qalıcı həll yollarına belə nail olmaq mümkün deyil. Bundan əlavə, zaman keçdikcə insan bu yalançı davranışı vərdiş olaraq qazana bilər və yalnız ağ yalanlarla da qala bilməyəcək. Əslində, yalanın hər cür növündən uzaq olmaq yaxşıdır. 

Yalan danışa xəstəliyi "mitomaniya"

Yalan danışmaq  xəstəliyi olaraq da bilinən "mitomaniya" vəziyyətin ən ciddi formadıdır. İnsan öz səbəblərinə görə daim yalan danışır. Zamanla bu yalanlara özü də inanmağa başlaya bilər. Mifomaniyalı insanlar vəziyyətlərinin ciddiliyini dərk edə bilmirlər, ona görə də yaxınları mütəxəssis dəstəyi üçün kömək etməyə çalışmalıdırlar. Bu müalicə edilə bilən psixoloji xəstəlikdir.

Uşaqlarda yalan danışma davranışı 

Uşaqlarda görülən yalan danışmaq davranışı valideynlərin rəftarları ilə düz mütənasibdir. Uşaq ailənin xoşuna gəlməyən bir iş görsə belə, ona böyük cəzalar verilməsə, dözülməsə, sərt tənqidlərə məruz qalmasa, yalan danışmaq vərdişi azalar. Bundan əlavə, valideynlər bir-birinə, uşaqlarına və başqalarına yalan danışmamaqla nümunə olmalıdırlar. 

Mənbə: livetobloom.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et