Formula 1 dünya çempionatında həyəcan mövsümün 6-cı mərhələsi olan Mayami Qran Prisi ilə davam edəcək.
ABŞ-nin 5,4 kilometrlik Mayami beynəlxalq trasında keçiriləcək yarış 57 dövrədən çox təşkil olunacaq. Sprint üzrə seçmə mərhələlər bu gün baş tutacaq və sprint yarışı sabah Türkiyə vaxtı ilə saat 19:00-da, sıralama turları isə Türkiyə vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarış mayın 4-ü bazar günü Türkiyə vaxtı ilə saat 23:00-da keçiriləcək.
McLaren komandasının pilotu Oskar Piastri mövsümün ilk beş yarışından üçündə qalib gəlib. Onun komanda yoldaşı Lando Norris və Red Bull-un hazırkı çempionu Maks Ferstappen də hərəsi bir yarış qazanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
