Bu gün:

“İctimai proseslər media müstəvisində” mövzusunda II Forum keçirilib


24media.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan forumda açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O, artıq ikinci ildir ki, keçirilən Forumun əhəmiyyətindən, o cümlədən ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləməsindən bəhs edib.

Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış ediblər. Onlar informasiya axınının təminində, hüquqi maarifləndirməni artırmaqda, rəqəmsallaşma dövründə yeni çağırışlara cavab verməkdə medianın rolunu xüsusi vurğulayıblar.

Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edib.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et