
Sosial varlıq olaraq biz insanlar gündə birdən çox duyğu yaşayırıq. Duyğularımız düşüncələrimizdən və qavrayışlarımızdan təsirlənir. Bu səbəbdən hiss etdiyimiz duyğular bizi hərəkətə keçir.
Duyğuları ifadə etmək onları hiss etmək qədər vacibdir. Doğru və ya yanlış, normal və ya anormal duyğular yoxdur. Duyğularımızı doğru, yanlış, normal və anormal olaraq ayırmağımız duyğularımızı ifadə etməyə mane olan insanların mühakiməsindən irəli gəlir. Bu zaman hamımıza tanış olan “duyğuların basdırılması” işə düşür. Mühakimə olunma düşüncəsi ilə fərd bəzən yaşadığı müsbət və ya mənfi hissləri və ya duyğuları ifadə etmək əvəzinə, nəzarətdə saxlamaq üçün onları basdırır. Əlbəttə ki, mühakimə olunmaq düşüncəsi emosiyaların basdırılmasının yeganə əsas səbəbi deyil. Bəzən yaşadığımız duyğuları ifadə etməyin yeri və vaxtı olmadığı üçün, bəzən sadəcə qarşıdakı insan üzülməsin və inciməsin deyə, bəzən də hisslərimizi ifadə etmək zəiflik əlaməti olacağı düşüncəsi ilə hisslərimizi təxirə salırıq və boğuruq. O cümlədən bəzən mədəniyyətimizdəki bəd nəzər qavramına görə, bəzən də o duyğunu yaşamaq və onunla mübarizə aparmaq istəmədiyimizə görə duyğularımızı basdırırıq. Bəzən şüurlu, bəzən də şüursuz şəkildə etdiyimiz, ancaq o anı xilas edən bu duyğuları basdırmaq üsulu zamanla içimizi doldurur və saysız-hesabsız zərərlərə səbəb olur.
Duyğularınızı basdırdığınızı göstərən əlamətlərdən bəziləri:
Özünüzlə danışmaq bir yana, başqalarına da hisslərinizi danışmaqdan çəkinmək;
Duyğularınızdan qaçmaq üçün daima başqa işlərlə məşğul olmaq, seriallara baxmaq, oyun oynayıb hisslərinizi ertələmək, o cümlədən düşünməmək üçün hər zaman yatıb, həddindən artıq spirtli içki qəbul etmək;
Normal hadisələrə belə həddindən artıq reaksiya vermək;
Depersonalizasiya və derealizasiya dediyimiz özünüzə və ətrafınıza qarşı yadlaşma hiss etmək;
Gündəlik həyatda diqqət əskikliyi yaşamaq;
Vaxtınız olsa da, heç nəyə vaxt tapa bilməyəcəyinizi hiss etmək.
Emosiyaların yatırılmasının həm fizioloji, həm də psixoloji nəticələri var:
Anksiyete (psixoloji narahatlıq)
Panik atak
Depressiya
Baş ağrısı, qastrit, reflü, yüksək qan təzyiqi kimi psixosomatik simptomlar
Yuxu pozğunluğu
Yorğunluq
Bu simptomların sizdə olduğunu düşünürsünüzsə, yaxın zamanda bir mütəxəssisə müraciət etməyiniz yaxşı addım olardı. Hisslərinizi asanlıqla ifadə edə biləcəyiniz bir həyat arzulayıram.
Mənbə: ilginkaracayli.com
Tərcümə etdi: Məryəm Abdullazadə
