Qaranlıq vebqeyri-etik və cinayət fəaliyyətlərinin çiçəkləndiyi riskli və təhlükəli bir məkandır. Bu sahəyə giriş üçün xüsusi proqram təminatı tələb olunur, çünki o, adi axtarış sistemləri vasitəsilə əlçatan deyil və qəsdən gizlədilib.

Zamanla o, zərərli proqramların və haker alətlərinin yayılması, qeyri-qanuni malların satışı, proqram təminatındakı boşluqlardan istifadə etməklə məxfi məlumatlara və sistemlərə giriş əldə olunması kimi müxtəlif qanunsuz fəaliyyətlər üçün məşhur bir platformaya çevrilmişdir.
Bundan əlavə, qaranlıq veb nifrət nitqini, ekstremist ideyaları və digər zərərli davranışları təşviq edən forum və icmaların da yerləşdiyi məkandır. Burada narkotik vasitələr, silahlar və oğurlanmış məlumatlar kimi qeyri-qanuni məhsulların satışı ən çox tanınan fəaliyyətlər sırasındadır.
Həmçinin virusların və haker alətlərinin yayılması da buraya daxildir. Süni intellekt və maşın öyrənməsi hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik mütəxəssisləri üçün qaranlıq vebdən qaynaqlanan təhdidlərin daha effektiv şəkildə izlənməsi və aradan qaldırılması üçün güclü alətlər və üsullar təklif edir. Məsələn, bu texnologiyalar təhdid kəşfiyyatı üçün istifadə oluna bilər. Süni intellekt böyük həcmdə məlumatları təhlil edərək cinayət fəaliyyətlərindəki nümunələri müəyyən edə bilər.
Hər gün milyonlarla oğurlanmış istifadəçi məlumatları, kredit kartı nömrələri, intellektual mülkiyyət və giriş məlumatları kibercinayətkarlar tərəfindən qaranlıq vebə əlavə olunur. Təhdid törədən şəxslər qaranlıq vebdən təşkilatlardakı əsas şəxslərə və rəhbərlərə qarşı sosial mühəndislik hücumlarını planlamaq və həyata keçirmək üçün istifadə edirlər. Pozuntuların vaxtında aşkarlanması təhlükəsizlik komandalarına risk səviyyəsini azaltmağa, fiziki təhlükəsizliyi qorumağa və hücumlardan doğan zərərləri minimuma endirməyə imkan verir.
Mənbə: Forbes
Tərcümə etdi: Arzu Qafarova
