"Barselona"nın qızıl oğlanı komandasının Çempionlar Liqasının yarımfinalında "İnter"ə qol vuraraq turnirin bu mərhələsində qol vuran ən gənc oyunçu olub.

Lamine Yamal yaşıl tarlalarda möcüzələr yaratmağa davam edir. Barselonadakı çıxışı ilə adından söz etdirən 17 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalında komandasının “İnter”lə 3:3 hesablı heç-heçə etdiyi matçda da iz buraxıb.
Barçanın qızıl oğlu 24-cü dəqiqədə "İnter"in 2-0 öndə olduğu matçda dəbli qolla komandasını ayaqda saxlamağı bacarıb.
Bu məqsədlə Yamal nəhənglər səhnəsində yeni rekordun sahibi olub. 17 yaş 291 günlüyündə "İnter"in qapılarını silkələyən ulduz futbolçu Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
