Bu gün:

"Hər kəs professional idmançıya bənzəməli deyil"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi endokrinoloq Ayşən Xəlilovadır. O, qida əlavələrinin sağlamlığa təsirindən danışıb. 


- Qida əlavələrinin sağlamlığa təsiri nələrdir?


Əvvəl yaxşı tərəflərini deyim, əzələ kütləsini artırmağa kömək edir, performansı artırır ki, pasiyent daha çox yükə dözə bilsin. Ancaq biz həkim olaraq məsləhət görürük ki, bunlar “əlavə” sayıldığı üçün çox istifadə olunmasın. Biz bu proteinləri təbii yolla, məsələn, ətdən, yumurtadan, toyuq ətindən, kəsmikdən, süd məhsullarından istifadə edərək təbii şəkildə əldə etməliyik.


Əgər hər hansı bir məqsədimiz yoxdursa - yarışa, müsabiqəyə hazırlaşmırıqsa, bu əlavələrin adi qaydadada istifadə olunmasını məsləhət görmürük. Normal olaraq balanslaşdırılmış qida, sağlam yuxu ilə və idman edərək istədiyiniz nəticəyə tədricən çata bilərsiniz. Hər kəsin “bodybuilder” və ya professional idmançıya bənzəməsi mütləq deyil. 

Ümumiyyətlə, qida əlavələri kimyəvidir və artıq istifadəsi ziyanlıdır. Vitaminlər belə artıq dozada olduqda “HyperVitamin” əlamətləri verir. Bunların təyini və istifadəsi həkim nəzarəti altında olmalıdır. Pasiyentin “böyrək funksiyası”, “qaraciyər funksiyası”, “şəkər səviyyələri” həkim tərəfindən ölçülməlidir. Məsələn, böyrəyində ciddi problemi olan şəxsin qida əlavələrindən istifadə etməsi ciddi problemlər yarada bilər. Həkimlə hansı dozada istifadə etməyi məsləhətləşmək lazımdır. Bu, fərdi olmalı, hamıya eyni yanaşılmamalıdır.

Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et