Son tədqiqatlar ağciyər xərçənginin müalicəsində əsaslı inkişafın gəldiyini xəbər verdi.

Son rəqəmlərə görə, hər on dəqiqədən bir britaniyalıya ağciyər xərçəngi diaqnozu qoyulur. Hər il, təxminən, 35.000 insan xəstəlikdən ölür və bu, Böyük Britaniyada xərçəngin "ən ölümcül" formasıdır.
Lakin bu həftəsonu ABŞ-ın Çikaqo şəhərində Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında bir sıra yüksək təsirli yeni müalicə və müalicə üsullarının elan edilməsi xərçəng xəstələri üçün ümid işığı oldu.
Son bir neçə onillikdə tədqiqatlar döş, prostat və bağırsaq xərçəngi kimi xəstəliyin digər ümumi formaları ilə mübarizədə böyük irəliləyişlər əldə etmişdir. İndi ekspertlər ağciyər xərçəngində oxşar inkişafa yaxın olduqlarını deyirlər.
Ömrü 10-15 il uzadır
London Kral Kollecinin Eksperimental Xərçəng Tibbinin professoru Ceyms Spayser bildirib ki, yeni dərman müalicəsi hətta xərçəngi bütün bədəninə yayılan xəstələrin daha 10, hətta 15 il yaşaya bilməsi deməkdir.
Bildirilib ki, yeni istehsal edilən yüksək texnologiyalı dərman immunitet sisteminə bədəndəki gizli xərçəng hüceyrələrini aşkar etməyə kömək edir və bu günə qədər yalnız İngiltərə Milli Səhiyyə Xidmətinin ağciyər xərçəngi inkişaf etmiş xəstələrinə təklif edilib. Ancaq indi daha minlərlə insana müalicə təklif oluna bilər.
Kaliforniyadakı Stanford Universitetinin tədqiqatçıları, əməliyyatdan əvvəl üç ay ərzində və sonra bir il sonra kimyaterapiya ilə qəbul edildikdə, dərmanın əməliyyatdan əvvəl kemoterapi kursu ilə müqayisədə erkən mərhələdə ağciyər xərçənginin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaltdığını aşkar etdilər.
Orta hesabla, yeni müalicə olunan xəstələr təxminən bir ildən sonra yenidən xəstələnmədi, yalnız kimyaterapiya alanlar isə dörd aydan sonra sağaldılar.
Mənbə: Sözcü
Tərcümə etdi: Əli Mehdili
