Vatikanda ən mistik və maraqlı yerlərdən biri olan Vatikan Apstol Arxivi mövcuddur. Bu arxiv əvvəllər “Gizli Vatikan Arxivi” olaraq tanınıb, lakin adının dəyişməsi onun ətrafında yaranan sirli və maraqlı təfərrüatları dəyişdirməyib. Arxiv 85 kilometr uzunluğunda sənədlərlə doludur və VIII əsrdən günümüzə qədər olan məlumatları ehtiva edir.

Lakin burada nələrin saxlanıldığı barədə ətraflı məlumat yalnız məhdud bir dairəyə məlumdur. Arxivə yalnız xüsusi akkreditasiya almış alimlər daxil ola bilər və onlar yalnız müəyyən sənədlərə baxa bilərlər. Bütün bunlar bir çox əfsanə və nəzəriyyələrin yaranmasına səbəb olub.
Arxivdə nə var?
Aşağıda ən populyar və qəribə iddialar verilib:
1. İncilin dəyişdirilmiş versiyaları
Vatikan da apokrifik İncil kitabları olduğu deyilir, bunlar əsli qəbul edilmiş İncilə daxil edilməyib. Bu kitabların içində, məsələn, İsa Məsihin uşaqlıq dönəmi, şəxsi həyatı və hətta evli olub-olmaması kimi mövzular yer alır. Bu cür məlumatların yayılması xristianlığın əsas prinsiplərini sarsıdacağı düşünülür.
2. Xronosvizor — Zaman maşını
Ən fantastik əfsanələrdən biri, 1950-ci illərdə qurulan “Xronosvizor” adlı cihaz haqqındadır. Bu cihazın köməyi ilə keçmişdəki hadisələri görmək mümkün olub. Məsələn, İsanın çarmıxa çəkilməsini və Cicero’nun Senatdakı çıxışlarını izləmək. Lakin bu cihazın təhlükəli olduğu düşünülərək gizlədildiyi deyilir.
3. İsgəndəriyyə kitabxanasının qalıqları
Bəzi tarixçilər iddia edir ki, məşhur İsgəndəriyyə kitabxanası dağıldıqdan sonra bir hissəsi Vatikana aparılıb və burada saxlanılır. Bu kitablar zamanla itmiş ola bilər, lakin Vatikanda hələ də qalır.
4. Varlıqla əlaqəli sənədlər
Vatikanda gizli varlıq əlaqələri haqqında sənədlər saxlanıldığını iddia edilib. Bu iddialara görə, Vatikanda yadplanetlilərlə əlaqə saxlanıldığını təsdiq edən məlumatlar mövcuddur.
Mənbə: archiviapostolicovaticano
Tərcümə etdi: İbrahim Çobanlı
