Bu gün:

İşçilərə təsir edən araşdırma: Bazar ertəsi infarkt riski artır


Bir araşdırma, ölümcül infarktların həftənin hər hansı digər gününə nisbətən bazar ertəsi daha çox baş verdiyini ortaya qoydu.

İrlandiyada beş il ərzində ciddi infarktla xəstəxanaya yerləşdirilən 10.528 xəstəni tədqiq edən elm adamları bazar ertəsi bu göstəricilərin 13 faiz daha yüksək olduğunu müəyyən ediblər.

Belfast Health and Social Care Trust-da aparılan bir araşdırmada mütəxəssislər bunun bədənin təbii yuxu-oyanma dövrünə və ya sirkadiyalı ritminə insanların həftəsonu gec qalmaları və ya uzun saatlar yatmaları ilə əlaqədar olduğunu düşünürlər.

Bazar ertəsi səhər insanlar adi həyəcan siqnalına qayıtdıqda bu, infarktlara səbəb ola biləcək daha yüksək səviyyədə iltihab və stress hormonlarına səbəb ola bilər.

Böyük Britaniyada hər il bu səbəbdən 30.000-dən çox insan xəstəxanaya yerləşdirilir. Mançesterdə British Cardiovascular Society konfransında təqdim edilən araşdırmada 2013-2018-ci illər arasında İrlandiyada 7112, Şimali İrlandiyada isə 3416 xəstənin məlumatları təhlil edilib.

Britaniya Ürək Fondunun tibbi direktoru, professor Ser Nilesh Samani deyib: “Birləşmiş Krallıqda hər beş dəqiqədən bir insan həyatı üçün təhlükə yaradan infarkt səbəbindən insanlar xəstəxanaya yerləşdirilir”.

“Bu araşdırma, xüsusilə, ciddi infarktların vaxtı ilə bağlı sübutları əlavə edir, lakin biz indi həftənin müəyyən günlərində infarktların yaşanma ehtimalını artıran səbəbləri açmalıyıq. Bunu etmək həkimlərə bu ölümcül vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər”.

İnfarkt üçün risk faktorlarına yüksək qan təzyiqi, diabet, piylənmə, yüksək xolesterin, havanın çirklənməsi və siqaret daxildir. On xəstədən təxminən yeddisi sağ qalsa da, bir çoxu ürək əzələsinə uzunmüddətli ziyan vurur və bu da ürək çatışmazlığına səbəb olur.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et