Bu gün:

COVID-19 fotoqrafiyası: İndoneziya


Aprel 2020-də indoneziyalı fotoqraf Joshua Irvandi Covid-19-un təsirlərini əks etdirən ən ürəkağrıdıcı və sarsıdıcı fotolardan birini çəkib.

Covid-19 İndoneziyada ilk dəfə 2 mart 2020-ci ildə təsdiqlənib- bir rəqs müəllimi və anası virusa yoluxan biri ilə təmasdan sonra müsbət nəticə göstərib.

İndoneziya minlərlə adadan ibarət böyük bir ölkədir, lakin virus cəmi bir ay ərzində ölkənin 34 əyalətinin hamısına yayılıb. Bunların arasında dünyanın ən sıx əhalili adası olan Yava da var. Pandemiya yayılarkən Yava və onun sıxlıqla dolu paytaxtı Cakarta xəstəliyin mərkəzinə çevrilib. İndoneziyanın tibb işçiləri əvvəlcə çox az resursla bu yeni xəstəliklə mübarizə aparıblar. Bir araşdırmaya görə, 2021-ci ilin iyuluna qədər 1,500-dən çox tibb işçisi Covid səbəbilə həyatını itirib. Xəstəxanalar PPE (fərdi qoruyucu vasitə) çatışmazlığı ilə mübarizə aparırıb. İndoneziya bu mübarizədə tək olmayıb. 

2020-ci ilin aprelində National Geographic bu qlobal pandemiyaya cavabın bir hissəsi olaraq Joshua Irvandini öz ölkəsindəki vəziyyəti sənədləşdirməyə göndərib.

Irvandi qoruyucu geyimdə Cakarta xəstəxanasında həkim və tibb bacılarını izləyib. Onlar bəzən xəstələri xilas edə bilməyiblər. Adı açıqlanmayan bir xəstə xəstəxana çarpayısında vəfat edib. Irvandi virusun yayılmasının qarşısını almaq üçün cəsəd qoruyucu materiallara büküldükdən sonra fotonu çəkib. İlk olaraq, tibb bacıları cəsədi infeksion tullantı torbalarına sonra isə supermarketlərdəki plastik bükücü ilə sarıblar. Bütün bu proses təxminən bir saat çəkib. Onlar virusun ölməsi üçün kondisioneri söndürüblər, bu da otağı daha da istiyə çevirib. Foto müasir və steril görünən dünyamızda belə həssas olduğumuzu göstərir. Plastik sarğı tavandan gələn soyuq işığı əks etdirir, altındakı bükülmələr isə sanki min illər əvvəlki dəfn mərasimlərini xatırladır. Foto otaqda təkcə bir çarpayı və televizorun olduğu müasir bir xəstəxana mühitində çəkilib. Bu ziddiyyət fotonun daha da təsirli olmasına səbəb olur.

Irvandi fotonu çarpayı ilə eyni hündürlükdən çəkib, bu da izləyicini sanki cəsədlə eyni səviyyədə qoyur.

Foto bir çox insanları sarsıdıb. Bəziləri isə onun qurma olduğunu iddia edib. İki milyon izləyicisi olan bir müğənni bunun bir maneken olduğunu və pandemiyanın ciddi olmadığını iddia edib. Irvandi deyir ki, bu, dezinformasiyanın yayılmasının nəticəsi olub. 

Foto World Press Photo 2021 müsabiqəsində ümumi xəbər kateqoriyasında ikinci yer, həmçinin Pulitzer mükafatına namizəd olub.

Irlandi bir il sonra kütləvi dəfn mərasimlərini də çəkib. Bir həftədə iki dəfə ziyarət etdiyi qəbiristanlıqda artıq yeni məzarlar qazılıb.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et