Bu gün:

Meta təhlükəsizliyin təminatı üçün süni intellektdən istifadə edir


Meta, İnstagram-da yaşını gizlədərək təhlükəsizlik tədbirlərindən yan keçməyə çalışan uşaqları tapmaq üçün süni intellekt texnologiyasından istifadə edir.

Meta bir hesabın yeniyetməyə aid olduğunu düşündükdə, hesab sahibinin doğum tarixi böyüklərə aid olsa belə, həmin hesabı məhdudlaşdırılmış "Yeniyetmə Hesabı" kateqoriyasına keçirir.

"Yeniyetmə Hesab"ları ötən il İnstagram-da istifadəyə verilib və gənc istifadəçiləri daxili qoruma tədbirləri olan bir tətbiq təcrübəsinə yönləndirir.

Bu təhlükəsizlik tədbirləri yeniyetmələrə avtomatik olaraq tətbiq edilir, tətbiq yeniyetmələrlə kimlərin əlaqə saxlaya biləcəyini məhdudlaşdırır və hesab sahibinin görə biləcəyi məzmun növünü sərhədləyir. 16 yaşdan aşağı yeniyetmələrin bu parametrləri dəyişdirməsi üçün valideynlərinin icazəsi tələb olunur.

İnstagram artıq bir müddətdir ki, yaş müəyyən etmək üçün süni intellektdən istifadə edir. Həmçinin sosial şəbəkə texnologiyadan istifadə edən yeniyetmələrin İnstagram-a böyüklərə aid hesabla deyil, "Yeniyetmə Hesab"ı ilə giriş etməsini təmin etdiyini təsdiqləyib.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə






Paylaş
Şərh əlavə et