BK8 Gresini komandasının ispan pilotu Aleks Markes MotoGP dünya çempionatının İspaniya Qran Prisinin 5-ci mərhələsində birinci olub.

Motosiklet yarışlarının ən əhəmiyyətli təşkilatı olan mövsümün 5-ci mərhələsi 4,4 kilometrlik Jerez dairəsində 25 dövrə üzərində keçirilib.
Aleks Markes 40 dəqiqə 56,374 saniyə nəticə ilə yarışın qalibi olub və MotoGP-də karyerasında ilk qələbəsini qeyd edib.
Monster Energy Yamaha komandasının fransız atleti Fabio Quartararo Markesdən 1,561 saniyə geri qalaraq ikinci, Ducati Lenovo komandasından italiyalı Françesko Bagnaia isə liderdən 2,217 saniyə geri qalaraq üçüncü olub.
Digər tərəfdən, Alex və Marc Marquez MotoGP tarixində yarış qazanan ilk qardaşlar oldular.
Mövsümün altıncı yarışı olan Fransa Qran Prisi mayın 11-də keçiriləcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
