Bu gün:

Superpower startapı sağlamlıq üçün ilk tətbiqini tanıdıb


"Superpower" adlı startap insanların sağlamlıqlarını daha yaxşı anlamaq və ona qayğı göstərmək məqsədilə hazırlanmış dünyanın ilk sağlamlıq super tətbiqini ictimaiyyətə təqdim edib.

Startap istifadəçilərə 499 dollar qarşılığında, standart fiziki müayinədən daha geniş və əhatəli sağlamlıq məlumatı əldə etməyə imkan yaradır. Proqram çərçivəsində 21 kateqoriyada 100-dən çox qan biomarkerini təhlil edən altı aylıq laboratoriya testləri təklif olunur. Üzvlər bu testləri ildə iki dəfə ya evdə, ya da ABŞ üzrə 2.000 ortaq laboratoriyadan birində həyata keçirə bilirlər.

Superpower-ın veb tətbiqi istifadəçilərin test nəticələrini keçmiş tibbi qeydləri, fitness izləyicilərinin məlumatları və genetik araşdırmaları birləşdirir. Süni intellekt texnologiyası vasitəsilə fərdiləşdirilmiş ümumi sağlamlıq baxışı təqdim edən tətbiq, eyni zamanda mümkün narahatlıqları da öncədən müəyyənləşdirir. İstifadəçilərə sağlamlıqlarını idarə etmək üçün xüsusi hərəkət planı da təklif edilir.

"Superpower" 2023-cü ildə Cakob Peters, Maks Marçione və Kevin Unkriç tərəfindən qurulub. Şirkətin qurucuları, şəxsi səhiyyə sistemində yaşadıqları problemlərdən ilhamlanaraq bu yeniliyi ərsəyə gətiriblər.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et