Bu gün:

Nevroloq baş ağrısının səbəbini deyib


Nevroloq Pavel Xaroşev deyib ki, bədəndə su çatışmazlığı nəticəsində beyin düzgün qidalanmır. Buna görə də baş ağrıları  yarana bilər.

Xaroşev qeyd edir ki, əgər insan gündə yarım litr, hətta bir litr yarım  su içirsə, bu kifayət deyil. Bu vaxt bədəndə suyun olmaması qanın viskozitesinin artmasına və qan axını sürətinin azalmasına səbəb olur. Həkimin izah etdiyi kimi, beyin və bütün digər toxumalar daha az oksigen və qida almağa başlayır. Bu səbəbdən müvafiq reseptorlar buna ağrı ilə reaksiya verir.

Sözügedən vəziyyətdə, qəbul edilən suyun miqdarını artırmaq kifayətdir ki, beyin lazım olan bütün elementləri vaxtında qəbul etməyə başlasın və ağrı keçsin. Nevroloq aydınlaşdırəb ki, orta hesabla, qışda gündə iki litrdən iki litr yarıma qədər, yayda isə ən azı, iki litr yarım su qəbul edilməlidir.

Xaroşev deyib ki, baş ağrısı olan xəstəyə yalnız həkim düzgün diaqnoz qoya bilər.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et