Zəlzələdən sonra bir çox insan yerin hələ də hərəkət etdiyini hiss edir. Bu, psixologiyada "xəyali zəlzələ sensasiyası" adlanır. Bəs bu hal nədir: keçici narahatlıq, yoxsa psixoloji problemin əlaməti?
"Xəyali zəlzələ" qavrayışı nədir?
Xəyali zəlzələ hissi, faktiki sarsıntı olmadığı halda insanın yerin titrədiyini düşünməsidir. Yəni zəlzələ baş verməsə belə, insan əşyanın titrədiyini və ya bədəninin yırğalandığını hiss edə bilər.
1. Travma sonrası sensor həssaslıq
Zəlzələ kimi sarsıdıcı bir hadisədən sonra beyin ən kiçik titrəyişləri belə böyük təhlükə kimi qəbul edir. Adətən hiss olunmayan hərəkətlər belə zəlzələ yaşanırmış kimi təsir bağışlaya bilər.
2. Yüksək narahatlıq və daimi sayıqlıq
Travmadan sonra bədən daim həyəcan vəziyyətində olur və "yenidən baş verərsə, necə?" qorxusu yaranır. Anksiyetə səbəbilə, ən kiçik titrəmə belə təhlükə kimi qəbul edilir.
3. Bədən balansında həssaslıq
Stress altında olan fərdlərdə tarazlıq sistemi daha həssas olur, bu da başgicəllənmə və yırğalanma hissinə səbəb ola bilər. Kabus zəlzələ hissi adətən qısa müddətdə azalır, amma aşağıdakı simptomlar varsa, peşəkar dəstək almaq vacibdir:
Gündəlik həyatı pozan titrəmə hissi, yuxu, iş və sosial həyatda çətinliklər, davamlı narahatlıq, fiziki simptomlar (ürək döyüntüsü, başgicəllənmə, nəfəs darlığı) və zəlzələ anını təkrar xatırlamaq (flashback) travma sonrası stress pozğunluğu (TSSB) və ya somatik narahatlığın əlaməti ola bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
