Bu gün:

Kürəyə ziyanlı yatmaq pozası


Bədən duruş korreksiyası üzrə mütəxəssis Ceyms Leinhart deyir ki, qarının üzərində yatmaq sağlamlığınız üçün ən pis şeydir. “Daily Mail” nəşri onun fikri ilə maraqlanıb.

Leinhart insanları bu vəziyyətdə yatmağı dayandırmağa çağırıb, xüsusən də, dizlərini qarınlarına qədər çəkib əllərini yastığın hər iki tərəfinə qoyaraq yatmağı dayandırmağı məsləhət görüb, çünki bu bütün bədənə, ən əsası, kürək və boyuna çox yük verir:

 “Bu vəziyyətdə yatarkən boynunu çevirmirsən, bükürsən. Onurğaları sıxırsınız ki, bu da boyun və kürək nahiyəsində ağrılara səbəb olur”, - deyə mütəxəssis izah edib.

Leinhart qarının üzərində yatmağa daha sağlam bir alternativ olaraq yan yatmağı məsləhət görüb. Eyni zamanda, gecə saatlarında bir yastığı dizlərin arasına qoymağı, ikincisini isə sinəsinə basmağı tövsiyə edib. Mütəxəssisin fikrincə, bu, yuxuda qarın üstə vərdiş edilən çevrilmənin və ayağın diz hissəsinin əyilməsinin qarşısını alacaq.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et