Almaniya Bundesliqasının 31-ci həftəsində “Bayer Leverkuzen” öz meydanında “Auqsburq”u 2:0 hesabı ilə məğlub edib.
Bundesliqada "Bayer Leverkuzen" doğma meydanda "Auqsburq"u qəbul edib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub edib.
"Bayer Leverkuzen"in qollarını 13-cü dəqiqədə Patrik Şik, 45-ci dəqiqədə Emi Buendia vurub.
Bayern Münhendən sonra ikinci yerdə olan Leverkuzen iki həftəlik xal itkisindən sonra xallarının sayını 67-yə yüksəldib, “Auqsburq” 43 xalla qalıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
